Son xəbərlər

 

Bir müddət əvvəl İran Təhsil Nazirliyi müəllimlərlə bağlı yeni meyarlar təyin edib. İran Təhsil Nazirliyinin yeni qanunlarına əsasən, türk (Azərbaycan) ləhcəsində danışan, bir sıra xəstəliklərdən əziyyət çəkən şəxslər müəllim ola bilməyəcək. Bu qərar soydaşlarımız arasında müzakirələrə səbəb olub.

 

Xalq şairi, Azərbaycan Dil Qurumu İctimai Birliyinin rəhbəri Sabir Rüstəmxanlı məsələ ilə bağlı fikirlərini Axar.az-la bölüşüb. Sabir Rüstəmxanlı bildirib ki, İran Təhsil Nazirliyinin müəllimlərə türk ləhcəsi ilə bağlı məhdudiyyətlər tətbiq etməsi anormaldır:

“İranda yaşayan azərbaycanlıların nəinki ləhcə ilə danışmağına məhdudiyyət qoya bilməzlər, hətta orada yaşayan 40 milyon azərbaycanlıya ana dilində danışmağa və təhsil almasına imkan yaradılmalıdır. Türk ləhcəsi ilə danışan müəllimlərin əsəbi pozğunluğu olan və ya psixi problemli şəxslərlə eyniləşdirilməsi tamamilə yanlışdır. Bütün bunlar İran hökumətinin özünün psixoloji durumunu göstərir. Bu cür qərarlar rejimin müalicəyə ehtiyacı olduğunu göstərir”.

S.Rüstəmxanlı türklərə aid olan tarixi Ərk qalasının məhv edilməsinə də münasibət bildirib:

“Ərk qalası insanlığa, bəşəriyyətə məxsus böyük bir abidədir. Bu abidə təkcə İrana və yaxud Azərbaycana aid deyil. Həmin qala YUNESKO-nun qorumalı olduğu abidədir. Bununla bağlı İran hökuməti özbaşına qərar qəbul edə bilməz.

Əgər millətin qeyrəti olsa, bu hadisələrə etiraz edər. 40 milyona yaxın azərbaycanlı bir nəfər kimi ayağa qalxar. Babək qalasının dağıdılması nə deməkdir? Türklərə qarşı bundan artıq təhqirəmaiz münasibət ola bilməz”.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov da Ərk qalasını həm Quzey, həm də Güney Azərbaycanın möhtəşəm tarixi abidəsi adlandırıb:

“Mən İrana səfərim zamanı Ərk qalasına da baş çəkmişdim. İnsan o abidənin qarşısında olarkən xüsusi fəxr hissi keçirir. Orada olanda adam hiss edir ki, hansı böyük mədəniyyətin, tarixin övladıdır.

Ümumiyyətlə, dünyanın harasında olmasından asılı olmayaraq, tarixi abidələr müdafiə olunmalı, qorunmalıdır. Çünki tarixi abidənin milliyyəti, coğrafiyası yoxdur. Yəni bu məsələdə İran hökumətinin nə etməli olduğu məlumdur”.

N.Cəfərov həm də İran Təhsil Nazirliyinin yeni qanunlarına əsasən, türk (Azərbaycan) ləhcəsində danışan müəllimlərin işə götürülməməsi ilə qərarını belə şərh edib:

“Son zamanlar Azərbaycan Respublikası və İran İslam Respublikası arasında münasibətlərin yaxşılaşdırılması üçün xeyli addımlar atılır. Ən əsası isə təhsil nazirliklərimiz arasında münasibətlərin yaxşılaşdırılması üçün qarşılıqlı razılıqlar var. Belə bir vaxtda İran Təhsil Nazirliyinin bu qərarının tətbiq ediləcəyini düşünmürəm. Çünki hazırda İranın dövlət universitetlərində Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin tədrisinin həyata keçirilməsi istiqamətində işlər görülür. İki ölkə arasında tələbə mübadilələri olur. Əlbəttə ki, Azərbaycanın həm Şimalında, həm Cənubunda kifayət qədər tanınmış ziyalılarımız var ki, onlar ana dilinin birliyi və qorunması uğrunda çalışırlar. Hesab edirəm ki, aksiyalara, kortəbii etirazlara ehtiyac yoxdur və onların nəticəsi də ürəkaçan olmur. Yalnız intellekt, ziyalı münasibəti göstərilməklə ana dilinin, mədəniyyətin, tarixin qorunması istiqamətində addımlar atmaq lazımdır”.

Qeyd edək ki, bir müddət əvvəl azərbaycanlılar Ərk qalasının ətrafında insan zənciri təşkil edərək, Müsəlla Fondunun parkinq tikmək bəhanəsi ilə tarixi qalanı məhv etməsinə etirazlar ediblər. Bundan əlavə, ötən gün İran Təhsil Nazirliyi türk ləhcəsi ilə danışan müəllimlərin işə qəbul olunmayacağı ilə bağlı bəyanat yayıb.

15 Aprel 2024 AYB-dən Çingiz Abdullayevlə bağlı açıqlama
15 Aprel 2024 Elariz ABŞ-da nə iş görür: qayıdacaqmı? – Özü açıqladı
13 Aprel 2024 Çingiz Abdullayevi onlar zəhərləyib...
11 Aprel 2024 Bakıda “Türkçülüyün Məsələləri” kitabı çap olundu - Foto
04 Aprel 2024 Kamal Abdulla Serbiyanın səfiri ilə görüşdü
04 Aprel 2024 Tarixi yalan: Şah Şirvanşahların məzarlarını dağıdıb?
03 Aprel 2024 Bunu ilk dəfədir açıqlayıram: Yusif, Sabir, Zəlimxan…
02 Aprel 2024 Kamal Abdullanın şeirləri bu dillərdə çap olundu
25 Mart 2024 Orfoqrafiya lüğətimiz Türkiyədə nəşr olundu
17 Mart 2024 Anar həmin videodan danışdı: Axmaq paylaşımlar...
15 Mart 2024 Orxan Saffarinin yeni kitabı nəşr olundu
14 Mart 2024 İran Nizami Gəncəvidən İrəvanda da əl çəkmir
14 Mart 2024 Harada xatırlanıramsa, orada şaham - Babək
04 Mart 2024 Natiq Səfərovun qızı ölümlə çarpışır. Onu xilas edək!
22 Fevral 2024 Mövlud əslində gənc yaşında həlak olmuşdu…
30 Dekabr 2023 ETTELAAT güneyli yazarı saxladı
25 Noyabr 2023 Anar sürücü və katibəsinə ev verməsinin səbəbini açıqladı
09 Oktyabr 2022 Sabir Rüstəmxanlıya ağır itki
16 Avqust 2022 Bir qrup gənc şair bu şəhərimizdə toplandı
08 Avqust 2022 Tanınmış şairin yeni kitabı çapdan çıxdı
03 Avqust 2022 Səməd Vurğunun “Azərbaycan”ı plagiatdır?
28 İyun 2022 Sabirə həsr olunmuş konfrans keçirildi
23 İyun 2022 AYB-nin qurultayı Şuşada keçiriləcək? - Anar açıqladı
12 May 2022 Zəlimxan Yaqubun qardaşı vəfat etdi
12 Aprel 2022 Sabir Rüstəmxanlı Ukraynadakı səfirlikdən şikayətləndi
24 Mart 2022 Səmədin Ukrayna partizanları haqda məşhur şeiri
28 Fevral 2022 İran rəsmisi: Nizami İran və fars şairidir
03 Yanvar 2022 Nizaminin Xəmsəsinin bir səhifəsi Bakıya gətirildi
14 Noyabr 2021 Niderlandda Nizamiyə həsr edilmiş kitab çap olundu
21 Oktyabr 2021 Kamal Abdulla ingilis professorlarla görüşdü