Son xəbərlər

Təbrizdə Nizami Gəncəvi ilə bağlı keçirilən simpoziumda Şərqi Azərbaycan vilayətinin Mədəniyyət və İrşad İdarəsinin rəisi Qasım Nazimi Azərbaycan şairi Nizami Gəncəvinin fars şairi olduğunu iddia edib.

Ardını oxu...

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Xəmsəsinin XVI əsrə məxsus bir səhifəsi Bakıya gətirilib.

Kult.az xəbər verir ki, bu barədə Böyük Britaniyada yaşayan azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricilərindən biri olan Fəridə Pənahova məlumat verib.

 

“Bu ilin may ayında Londonun məşhur ”Sothebys” auksionunda Nizami Gəncəvinin "Xəmsə"sinin XVI əsrə aid bir səhifəsi hərraca çıxarıldı. Turan Qafarlı bu haqda Feysbukda paylaşım etdi. Belə bir əsəri mütləq Azərbaycana gətirmək lazım idi.

Bakıda idim deyə, auksionda iştirak etsəm də, bankdan o məbləği keçirə bilməyəcəkdim. Dostlarla əlaqə saxladım. Onların arasında əslən Güney Azərbaycandan olan, Londonda yaşayan iş adamı, Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri biri olan Savaş Mərəndli heç düşünmədən kömək edəcəyini söylədi. Auksionda iştirak edib, əsəri aldı. Daha sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə rəsmi müraciət etdik. Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov auksion xərclərini qarşılayaraq əsərin çətin də olsa, Azərbaycana göndərilməsini təmin etdi. Bu bizim “Nizami ili”nə töhfəmiz oldu. Bu işdə bizə dəstək olan komitə sədri Fuad Muradov başda olmaqla, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Səhlət Abbasova və Xəyalə Hüseynliyə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyeva ürəkdən təşəkkür edirik”, - o bildirib.

Almaniyada yaşayan tanınmış yazıçı-publisist Orxan Arasın dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr etdiyi kitab türk və niderland dillərində nəşr olunub.

Bu barədə Kult.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Niderlandda fəaliyyət göstərən Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin dəstəyi ilə çap olunmuş kitabda qüdrətli söz ustadının həyat və fəaliyyəti haqqında məlumatlar və əsərləri yer alıb.