ABŞ Rusiya və Çinin dollardan imtina etməsindən qorxmur.
Axar.az xəbər verir ki, bu sözləri Federal Ehtiyatlar Sisteminin (FES) sədri Cerom Pauell deyib.
“Dollar dünyanın rezerv valyutasıdır və başqası onunla müqayisə edilə bilməz”, - deyə Pauell bildirib.
FES sədri əlavə edib ki, dolların gücünü ABŞ-ın işləyən demokratik institutları, açıq bazarlar və aşağı inflyasiya təmin edir.