Gürcüstan müxalifəti Kontitusiya düzəlişləri təşəbbüsü ilə çıxış edib.
Axar.az xəbər verir ki, bunu Aqmaşenebeli Strategiyası Partiyasının sədri Georgi Vaşadze deyib. Onun sözlərinə görə, hazırkı Konstitusiya əsas çağırışlara cavab vermir.
O, köhnə Konstitusiyanın indikindən daha yaxşı olduğunu bildirib:
“Fundamental Konstitusiya dəyişiklikləri lazımdır. Elə Konstitusiya lazımdır ki, xalq ona güvənsin”.
Qeyd edək ki, Gürcüstan Konstitusiyası 2018-ci ildə dəyişib. Dəyişikliklərə əsasən, ölkə prezident idarəetməsindən parlamentli idarəetməyə keçib.