Roma Papası Fransisk ilk dəfə İraqa səfər edib.
Axar.az xəbər verir ki, Papa Bağdad aeroportunda İraq milli geyimində olan şəxslər tərəfindən ənənəvi musiqinin və rəqsin müşayiəti ilə qarşılanıb.
Qeyd edək ki, Fransisk İraqda 4 günlük səfərdədir. O, İraq rəsmiləri, din xadimləri ilə görüşlər keçirəcək.