Koronavirus kifayət qədər konservativdir. COVİD-19-un patogeni qrip virusu kimi dəyişikliklərlə xarakterizə olunmur.
Axar.az xəbər verir ki, bunu Rusiya Dumasının deputatı Gennadi Onişenko deyib.
“Ştamm əvvəlki kimidir. Yeni ştamm yalnız Çində və ya Cənub-Şərqi Asiyanın hansısa ərazisində koronavirus növbəti dəfə heyvandan insana keçdiyi zaman olacaq”, – deyə o bildirib.
Onişenko hazırda “koronavirusun ştamlar”ı adlandırılanların “alt tiplər” olduğunu deyib.