İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş başa çatıb.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Marukyan deyib. O, Paşinyanla növbədənkənar seçki ilə bağlı razılığa gələ bilmədiklərini deyib.
Marukyan Baş nazirin Onik Qasparyanın istefaya göndərilməməsi ilə bağlı razılaşmaq istəmədiyini bildirib.