Regionda movcud hərbi siyasi vəziyyət Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsini deyil, eyni zamanda, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Axar.az xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təsdiqlədiyi "Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i şərh edərkən deyib. O bildirib ki, bu əməkdaşlığın əsası 1992-də imzalanan "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə və 10 iyun 1996-cı ildə imzalanmış "Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması” ilə qoyulub:

"2010-cu il sentyabrın 15-də imzalanan "Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması” haqqında Birgə Bəyannamə isə iki ölkənin hərbi sahədə əməkdaşlığını strateji səviyyəyə yüksəldib. Bundan başqa, Türkiyə Silahlı Qüvvələri Azərbaycan NATO təlimlərində birgə iştirak edirlər. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Türkiyə SQ ilə iki və çoxtərəfli hərbi təlimlərdə iştirak edirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dünən təsdiqlənən "Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” mövcud münasibətlərin yeni mərhələsi hesab olunur. Saziş hər iki ölkənin müdafiə sənayesində əməkdaşlığının daha da inkişaf etdirilməsinə imkan yaradacaq. Azərbaycanın həm hərbi sahədə inkişafı, həm də coğrafi mövqeyinin güclü olması, eyni zamanda Türkiyənin də güclənməsi deməkdir".

Ədalət Verdiyev hesab edir ki, iki dövlət arasında hərbi sahədəki əməkdaşlıq, regional təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayacaq:

"İmzalan sazişdən əvvəl də qardaş ölkələrin müdafiə sənayesinin istehsal etdiyi məhsullar hər iki ölkə üçün qarşılıqlı şəkildə əlçatan idi. Lakin bu sazişdən sonra birgə müdafiə sənayesi müəssislərin yaradılması üçün münbit şərait yaranacaq. Türkiyədə son illərdə yaradılan müasir müdafiə sənayesinin, o cümlədən pilotsuz aviasiya, zirehli vasitələr, radioelektron avadanlıqlar, "ağıllı” sursatlar, raket və s. istehsalının Azərbaycanın da bu sahədə yeni nailiyyətlər əldə etməsinə imkan verəcək. İşğaldan azad edilən ərazilərimizdə daha böyük həcmli müdafiə sənaye müəssisələrinin yaradılması da gözlənilir".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.

24 Fevral 2021 Bakı sakinini dəniz kənarında avtomobil vurub
24 Fevral 2021 “İsgəndər” raketlərini atdıq, partlamadı - Paşinyan
24 Fevral 2021 KTMT Qarabağa buna görə müdaxilə etmədi - Paşinyan
24 Fevral 2021 Saakaşvili: Müxalifət etirazları dayandırmamalıdır
23 Fevral 2021 Gürcüstandakı hadisələri yaxından izləyirik - NATO
23 Fevral 2021 İlon Mask bir günə 13 milyard dollar itirdi
23 Fevral 2021 Nikol nədən qorunur? Snayper və ordunun gəlişi...
22 Fevral 2021 Şok: Təyyarədən qopan metal qadının başına düşdü
22 Fevral 2021 UNESKO: Hər 15 gündə bir xalqın dili yox olur
20 Fevral 2021 Donald Tramp həbs oluna bilər
20 Fevral 2021 Putinlə Jirinovski arasında şok dialoq: Bizans belə əldən getdi
20 Fevral 2021 Şok açıqlama: Yeni müharibə qaçılmaz olacaq - Video
20 Fevral 2021 İndoneziyada fəlakət: 1380 ailə...
19 Fevral 2021 Ərdoğan: Qarabağın sevincini qəlbimizdə hiss etdik
19 Fevral 2021 Ermənilərin sensasion Qarabağ planı - Mixaylov açıqladı
19 Fevral 2021 Sorğu: Paşinyanın reytinqi şok etdi
19 Fevral 2021 Rusiyanın ixracı rekord həcmdə azaldı
19 Fevral 2021 Qərbin yeni sanksiyaları... - Kreml ümid edir
19 Fevral 2021 Bu şansı əldən buraxdıq - Soylu
19 Fevral 2021 Tiflisin ən böyük ticarət tərəfdaşları: Bakı ilk 3-lükdə
19 Fevral 2021 Qarabağ - Azərbaycandır, Krım isə… - Səfir
19 Fevral 2021 Xankəndidə nikah: cütlüklərə silah verilməsi... - Korotçenko
19 Fevral 2021 "Harop" və AN-2-lərlə düşmənə ciddi zərbələr vurduq - DSX
19 Fevral 2021 İran BMT-nin bu qərarından məmnundur - Zərif
18 Fevral 2021 Əgər Azərbaycan olmasaydı, İran... – Xamenei
18 Fevral 2021 Paşinyan bundan canını qurtarmağa çalışır
18 Fevral 2021 Saakaşvili: Qaxariyanın istefası ilə dayanmamalıyıq
18 Fevral 2021 Britaniyada gənclər qəsdən koronaya yoluxdurulur - Səbəb
18 Fevral 2021 “Sinovak”dan uğur: iki yeni ştammı da məhv edirmiş
18 Fevral 2021 Zaxarovadan Qarabağ açıqlaması: Hərbçilərimiz…