2021-ci ilin yanvarında Gürcüstanın xarici ticarət dövriyyəsi 762,5 milyon dollar təşkil edib.
Axar.az xəbər verir ki, bunu Gürcüstan Milli Statistika Xidməti yayıb. Məlumata görə, yanvarda ixrac 224,4 milyon, idxal isə 538,1 milyon dollar olub.
Yanvar ayında Gürcüstanın ən böyük ticarət tərəfdaşları sırasında ilk üç yeri Çin, Türkiyə və Azərbaycan tutub. Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 86,2 milyon dollar təşkil edib.