Britaniyada onlarla sağlam gənc könüllü koronavirusa yoluxdurulacaq ki, xəstəliyin insan orqanizminə təsiri daha geniş tədqiq edilsin.
Axar.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi yayıb. Eksperimentin aparılmasına Britaniyanın Etika üzrə Klinik Tədqiqatlar Komitəsi izn verib.
Məlumata görə, tədqiqata martın sonunda başlanılacaq. Eksperimentdə ümumilikdə 90 nəfərin iştirak edəcəyi vurğulanıb.