Peyvəndi koronavirusun Böyük Britaniya və Cənubi Afrika ştammına qarşı sınaqdan keçirdik. Nəticələr çox yaxşıdır.
Axar.az xəbər verir ki, bunu Butan İnstitutunun direktoru Dimas Kovas deyib.
Kovas "KoronaVak" peyvəndinin Braziliyada da sınaqdan keçirildiyini və nəticələrin yaxın zamanda əldə ediləcəyini deyib.
“Nəticələr tezliklə açıqlanacaq. Ümid edirəm ki, müsbət nəticə əldə edəcəyik”, - deyə o bildirib.
Qeyd edək ki, “Sinovak” koronavirusa qarşı ən təsirli vaksinlərdən sayılır. Azərbaycanda da bu vaksindən istifadə edilir.