Ermənistanın indiki hakimiyyəti ölkəni Rusiyanın hərbi-siyasi müttəfiqindən onun protektoratına çevirib.
Axar.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan erməni mətbuatına müsahibəsində deyib.
“Qəribədir ki, bu, Rusiya bazasının ölkədən çıxarılması tələb ilə aksiyalar keçirən insanlar tərəfindən edilib. General Muradovun təhlükəsizliyin təmin olunmasında Ermənistan silahlı qüvvələrinin Ali Baş Komandanından daha çox rolu var”, - Köçəryan bildirib.
Onun sözlərinə görə, Sünik məhz Moskva ilə müttəfiqliyin və ölkədə rus hərbi bazasının olması hesabına saxlanıldı.
Köçəryan hakimiyyətin ordudakı itkilərin miqyasını tam açmamasını səhv addım adlandırıb:
“Bizim itkilərimizi Azərbaycan və Türkiyə hamıdan yaxşı bilir. Bu onlara çoxdan məlumdur”.
Keçmiş prezident Ermənistan ordusuna 3 milyard dollarlıq itkiyə məruz qaldığını bildirib.