Fransanın apardığı antitürk, antiislamçı siyasətin iflasa uğrayacağı bəlli idi. Əvvəlcə Fransa lideri Makronun Türkiyə Prezidentinə “Əziz Tayyib, gəlin danışaq” deməsi, daha sonra Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın Azərbaycana səfəri bunu bir daha təsdiq edir.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın Azərbaycana səfəri haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük müharibə zamanı başda Fransa olmaqla, bir sıra Avropa ölkələrinin Ermənistana verdiyi dəstəklə bağlı dediyi sözlər bu gün özünü doğruldur:

“Cənab Prezident müharibə vaxtı demişdi ki, Ermənistana dəstək verən ölkələr vaxt gələcək işğaldan azad edilən torpaqlara investisiya yatırmaq və əməkdaşlıq etmək üçün müharibənin qalibi Azərbaycanla yaxınlaşmağa çalışacaqlar. Həqiqətən də ölkə başçısının uzaqgörən siyasəti bir daha özünü doğrultdu. Jan-Batist Lömuanın Azərbaycana səfərinin bir adı ola bilər – Fransa səhvini anladı.

Bildiyiniz kimi, ölkədə İnvestisiya Holdinqi yaradılıb. Əksər dövlət qurumları da bu holdinqə daxil edilib. Düşünürəm, bununla bağlı yaxın günlərdə böyük bir özəlləşdirmə proqramı olacaq. Təbii ki, bu proqramda iştirak etmək istəyən Avropa ölkələri də var. Bu istiqamətdə artıq Britaniya, İtaliya, hətta Macarıstan belə təkliflər göndərib”.

Politoloq qeyd edib ki, işğaldan azad edilən torpaqların yenidən qurulması baxımından da xarici investorların ölkəyə axınını təmin etmək üçün ciddi işlər görülür:

“Təbii ki, bu prosesdə 44 günlük müharibə zamanı Azərbaycana hətta azacıq dəstək verən ölkələr də iştirak edəcək. Düşünürəm, rəsmi Paris öz səhvini anlayır və bu məqsədlə Jan-Batist Lömuanı Azərbaycana göndərir. Rəsmi Bakının Parisin bu yanaşmasına cavabı necə olacaq, bunu demək çətindir. Lakin reallıq ondan ibarətdir ki, Fransa digər ölkələrə nəzərən geridə qalır”.

06 Mart 2021 Bakı-Ankara-Aşqabad Zirvəsi olacaq - Çavuşoğlu
06 Mart 2021 Ya Azərbaycan Ordusu girəcək, ya da... - Ovannisyan
06 Mart 2021 Paşinyan Blinkenlə danışdı: Qarabağ müzakirəsi
06 Mart 2021 Gürcü müxalifəti Konstitusiyanın dəyişilməsini tələb edir
05 Mart 2021 Ərdoğan və Merkel arasında mühüm görüş
05 Mart 2021 Bakının israr etdiyi dəhliz İrəvana nə verəcək? - Tavadyan
05 Mart 2021 Belarus faciədən döndü - Lukaşenko açıqladı
05 Mart 2021 Roma Papası İraqda belə qarşılandı- Video
05 Mart 2021 Sasna Çrer də Paşinyanı satdı: Qasparyanla görüş
05 Mart 2021 “Koronanın ştammı” deyə bir şey yoxdur - Onişenko
05 Mart 2021 Akar qəzanın səbəbini açıqladı
05 Mart 2021 Rusiyanı çökdürürlər: yeni sanksiyaya hazırlıq…
05 Mart 2021 Avropada acınacaqlı durum: işsizlərin sayı artacaq
05 Mart 2021 Putin Batyanı yola salmaq istəyir? - Tixanovskaya
05 Mart 2021 Mujenko: Rusiya ilə müharibə başlaya bilərMujenko: Rusiya ilə müharibə başlaya bilər
04 Mart 2021 Rusiyadan AB-yə: İttiham tonunu dəyişdir...
04 Mart 2021 Bayden bilir ki, İrana imkan verməyəcəm - Netanyahu
04 Mart 2021 Bu ölkədə ikinci güclü zəlzələ: Sunami xəbərdarlığı edildi
04 Mart 2021 Tac-Mahalda bomba həyəcanı
04 Mart 2021 Paşinyan özünə “sui-qəsd” edəcək: Müdhiş plan - Video
04 Mart 2021 Görüş başa çatdı, Paşinyan geri çəkilmədi
04 Mart 2021 Rusiya ABŞ-ın bu yeni siyasətini alqışladı
04 Mart 2021 Yunanıstanda növbəti güclü zəlzələ oldu
04 Mart 2021 Bayden əsəbiləşdi: Maska taxılmaması...
04 Mart 2021 Təklifimizi Ərəbistan niyə özünə təhlükə sayır? - Tehran
03 Mart 2021 Savaş istəyirlərsə, onu alacaqlar - Manukyan
03 Mart 2021 ABŞ-da xəstə yatan nazirin vəzifəsini kim icra edir?
03 Mart 2021 Türkiyə Yunanıstana yardım təklif etdi
03 Mart 2021 Şərq və Qərb peyvəndi yoxdur, pis və yaxşısı var
03 Mart 2021 Erməni nazir: Provokasiya başlayacaq, faciə olacaq...