Koronavirus pandemiyası dünyada güclü iqtisadi çöküşə səbəb oldu.
Axar.az xəbər verir ki, bu sözləri Çin rəhbəri Si Szinpin deyib.
Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən bəri belə güclü böhran baş verməyib:
“Baxmayaraq ki, xeyli ölkə iqtisadiyyata dəstək üçün trilyonlarla dollar xərcələyib, lakin vəziyyət qeyri-stabil olaraq qalır”.
Szinpinin sözlərinə görə, indi ən vacib tapşırıq makroiqtisadi siyasətlə bağlı koordinasiyanın gücləndirilməsindən ibarətdir.