Rusiya Dumasının Çeçenistandan olan deputatı Şamsail Saralıyev Rusiya xarici işlər naziri Sergey Lavrovdan Əhməd Zakayevin Britaniyadan ekstradisiyası üçün tədbirlər görməsini xahiş edib.
Axar.az xəbər verir ki, Saraliyev Zakayevin beynəlxalq terrorizmə dəstək verdiyini bildirib.
“Terrorçu Əhməd Zakayev hazırda Britaniyada yaşayır, burada siyasi sığınacaq alıb və açıq şəkildə beynəlxalq terrorizmə dəstək verir. Bununla əlaqədar olaraq, hörmətli Sergey Viktoroviç, sizdən xahiş edirik ki, Əhməd Zakayevin Rusiya qanunvericiliyi və beynəlxalq hüquq normlarına uyğun olaraq ekstradisiyası üçün tədbirlər görəsiniz”, - Saralıyev bildirib.
Qeyd edək ki, bundan öncə Çeçenistan lideri Ramzan Kadırov BMT-yə çağırış edərək, Zakayevin təhvil verilməsini tələb etmişdi.