Böyük Kilikiya Evinin katolikosu I Aram ABŞ Prezidenti Cozef Bayden təbrik edib.
Axar.az xəbər verir ki, bu məlumat I Aramın Feysbuk səhifəsində yerləşdirilib.
Təbrik məktubunda I Aram Baydenə Senatdakı fəaliyyətini xatırladaraq, onun erməni xalqı ilə sıx əlaqəsi olduğunu və qondarma erməni soyqırımına xüsusi hörmət göstərdiyini bildirib.
I Aram Baydenin bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcəyinə əmin olduğunu və “erməni soyqırımı”nın ABŞ tərəfindən tanınacağına ümid etdiyini deyib.
Qeyd edək ki, Bayden Senatdakı fəaliyyəti dönəmində erməni lobbisi ilə sıx əlaqələrə sahib olub. O, Türkiyə və Azərbaycana qarşı əksər layihələrin hazırlanmasında, eləcə də “erməni soyqırımı” ilə bağlı qanun layihələrinin işlənməsində iştirak edib.