Bu gün İstanbulda Yunanıstanla tədqiqatlarla bağlı danışıqlar aparıldı. Prezidentimizin rəhbərliyi altında Egey də daxil olmaqla, bütün problemləri həll etmək mümkündür və bunun üçün iradəmiz var.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin müşaviri İbrahim Qalın deyib.
O bildirib ki, regional sülh və sabitlik hər kəsin maraq dairəsindədir.
Qeyd edək ki, bu gün iki ölkə rəsmiləri arasında 5 il sonra tədqiqatlarla bağlı görüş baş tutub.