Rusiyanın Kuzbas şəhərində yerləşən Tixov adına kömür mədənində metan qazının partlaması baş verib.
Axar.az xəbər verir ki, 44 nəfər mədənçidən 3-ü dağ süxurunun dağılması nəticəsində həlak olub.
Məlumata görə, mədəndə xilasetmə işləri davam edir. Müəssisənin fəaliyyəti dayandırılıb.