Prezident İlham Əliyev Xudafərin körpüsündə olarkən qeyd etmişdi ki, bu, əməkdaşlıq və dostluq sərhədi olacaq. Onun bu fikri mahiyyət etibarilə ciddi bir mesaj idi. İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin 24 yanvarda Azərbaycana səfərindən də görünür ki, cənab Prezidentin bu mesajı ünvanına çatıb və iki ölkə həqiqətən də əməkdaşlığa, dostluğa sadiqdir.

Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin 24 yanvarda Azərbaycana səfəri haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, Zərifin Azərbaycana səfəri mühüm əhəmiyyət daşıyır:

"Bildiyiniz kimi, müharibədən sonra regionda bir çox sferada yeni vəziyyət yaranıb. Bunlardan biri də mövcud İran-Azərbaycan dövlət sərhədi ilə bağlıdır. Belə ki, müharibədən sonra iki ölkə arasındakı dövlət sərhədi tam bərpa edilib və qısa zamanda müvafiq tədbirlər görülüb. Rəsmi Tehranın da gündəliyində olan məsələlərdən biri məhz budur. Mahiyyət etibarilə bu, təbii bir maraqdır.

İran 44 günlük müharibə zamanı Azərbaycan əleyhinə heç bir əks-mövqe sərgiləmədi. Təsadüfi deyil ki, Azərbaycan da İranın bu mövqeyini müsbət qarşılayır və məmnundur.

Nəticə etibarilə regionda Azərbaycanın yaratdığı yeni reallıqlar var. Buna görə də İranla Azərbaycan arasında müzakirəyə ehtiyac duyulan yeni mövzular çoxdur. İranlı nazir səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Baş nazirin müavini Şahin Mustafayevlə görüşəcək. Zərifin Baş nazirin müavini Şahin Mustafayevlə görüşü heç də təsadüfi deyil. Çünki Baş nazirin müavini Mehri dəhlizinə aid həyata keçiriləcək işlərdə üçtərəfli komissiyanın üzvlərindən biridir. Göründüyü kimi, İran Mehri dəhlizi ilə bağlı maraqlıdır və prosesi yaxından izləyir. Tehran regionda yaradılacaq dəmiryol şəbəkəsinin bir parçası olmaq istəyir. İstənilən halda bu gün buna şərait var və reallaşması da mümkündür. Bu mənada, düşünürəm, hər iki ölkə üçün də Zərifin bu səfəri çox məhsuldar keçəcək".

28 Mart 2024 Moskva terrorundan ABŞ-ın xəbəri var idi - Şolts
28 Mart 2024 Əgər Ukraynada dövlət çevrilişi olmasaydı... - Putin
28 Mart 2024 Putindən Qərbə F-16 xəbərdarlığı: Məhv edəcəyik!
27 Mart 2024 Yaya qədər təhlükəsizliyi tam təmin edəcəyik - Ərdoğan
27 Mart 2024 Solovyovu efirdən uzaqlaşdırın! - Rusiyada petisiya
27 Mart 2024 Lotereyada 1,13 milyard dollar uddu
27 Mart 2024 Silva Makrona “Sarkozi” dedi...
27 Mart 2024 Cənnətə çevrilən bataqlıq: “Krokus” belə tikilib
27 Mart 2024 Fransanın Qafqazda əsl məqsədi... - Zaxarova
27 Mart 2024 Moskva teraktı bizə xatırladır ki, İŞİD... - Blinken
27 Mart 2024 “Krokus”da terror qurbanları ilə bağlı yeni məlumat
27 Mart 2024 İsrail Livanın cənubunu vurdu: 10 ölü
27 Mart 2024 Bayden bu dəfə Putini "qəssab" adlandırdı
27 Mart 2024 Bu, Rusiya-Qərb savaşına çevrilə bilər - Qurtulmuş
27 Mart 2024 Budapeştdə minlərlə insan Orbana qarşı etiraza qalxdı
26 Mart 2024 Belqorod yenə atəşə tutuldu: əhali işıqsız qaldı
26 Mart 2024 ABŞ SEPAH mövqelərinə hücum etdi: 7 silahlı öldü
26 Mart 2024 İranda polis zabiti öldürüldü
26 Mart 2024 İki silahlı şəxs məni öldürmək istədi - Maduro
25 Mart 2024 Budanov anons etdi: Krımda əməliyyat hazırlanır
25 Mart 2024 Ukraynalılara Moldova sərhədinə getmək qadağan edildi
25 Mart 2024 Bu ölkələrdə terror təhlükəsi yüksək səviyyədədir
25 Mart 2024 Ukraynadan Türk limanlarına daşınan yüklərin həcmi açıqlandı
25 Mart 2024 Rusiya, İran və Çin üçlüyü ABŞ üçün qorxulu yuxudur
25 Mart 2024 ABŞ-dan İsrailə: Bu hücum çox böyük səhv olacaq
25 Mart 2024 Fransada terror təhlükəsi elan edildi
25 Mart 2024 Rusiya ordusu Kiyevi alacaq? – Mark Tissen
24 Mart 2024 Nigeriyada quldurların qaçırdığı 200 şagird azad edildi
24 Mart 2024 Ukraynaya qoşun göndərilsə, dünya müharibəsi olacaq
24 Mart 2024 “Krokus” teraktı faciədir - Harris