Türkiyənin Pozantı-Ankara magistralında minik avtomobili ilə TIR-ın toqquşması nəticəsində 5 nəfər ölüb, 2-i isə ağır yaralanıb.
Axar.az xəbər verir ki, qəza yolun Tarsusdan keçən hissəsində baş verib.
Ölənlər minik avtomobilinin sürücüsü və sərnişinləri olub.
Avtomobildə olan daha bir nəfər və TIR-ın sürücüsü isə xəsarətlər alıb.
Qəza səbəbindən yol bir müddət bağlı qalıb.