Yakutiyada gecə saatlarından başlayaraq dörd zəlzələ baş verib. Onlardan ən şiddətlisi 5 bal gücündə olub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
“İlk zəlzələ yerli vaxtla 03:46-da 5 bal gücündə, 15 km dərinlikdə baş verib. Digər zəlzələlər isə saat 04:08-də, 04:17-də və 7:00 radələrində qeydə alınıb”, - Mərkəzdən qeyd edilib.