İranın nüvə fizikinin qətlə yetirilməsi ölkənin atom sənayesinin inkişafını zəiflətməyəcək.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.
“Şəhid Fəxrizadənin qətli bizim düşmənlərimizin nifrətinin dərinliyini göstərir. Onun şəhidliyi bizim nailiyyətlərimizin qarşısını almayacaq”, - deyə o bildirib.