Türkiyədə PKK/KCK üzvləri və dəstəkçilərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, noyabr ayının 27-28-də 42 şəhərdə keçirilən əməliyyat çərçivəsində ümumilikdə 641 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Axtarışlar zamanı çox sayda tapança, tüfəng, təşkilata aid sənədlər, dijital materiallar ələ keçirilib.