Belə qalmaqallı qətnamənin indi - müharibənin Azərbaycanın qələbəsi ilə başa çatmasından sonra və Ermənistan qoşunlarının, demək olar, bütün ərazilərdən çıxarıldığı vaxtda qəbul edilməsi Fransanın əvvəllər olduğu kimi, Cənubi Qafqazda baş verənlərə biganə olduğunu göstərir. Onlar bundan yalnız Türkiyə və Rusiyaya təzyiq göstərmək üçün növbəti vasitə kimi istifadə edir.

Axar.az Report-a istinadən xəbər verir ki, “Vestnik Kavkaza” İnformasiya-Analitik Agentliyinin baş direktorunun müavini Andrey Petrov Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnamə qəbul etməsini şərh edərkən deyib.

“Bu sənədin qəbul edilməsinin əvvəllər də heç bir mənası yox idi, o ki qaldı indi ola. Çünki münaqişə, demək olar, tamamilə həll edilib və bu cür tanımalar heç nəyə təsir etmir. Qeyd etmək lazımdır ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən çıxıb, özü də çoxdan – hələ müharibə dövründə Makronun Ermənistanı dəstəkləyən tamamilə təxribat xarakterli açıqlamalar verdiyi andan. Hələ o zaman Azərbaycan qeyd edirdi ki, bu, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olaraq qalmasına imkan vermir, çünki həmsədr neytral olmalıdır”, - o bildirib.

Politoloqun fikrincə, bu qətnamənin qəbulu Azərbaycan-Fransa münasibətlərinə mənfi təsir göstərəcək:

“Qətnamənin heç bir hüquqi qüvvəsi olmasa da, çox güman ki, hökumət tərəfindən dəstəklənməyəcək olsa da, bu, nədənsə indi erməni millətçi işğalçı əhval-ruhiyyəsini dəstəkləməyə qərar verən Fransadakı siyasi qrupların bəyanatıdır. Bu nə deməkdir? Bu, o deməkdir ki, həmin senatorlar üçün Azərbaycan ilə Fransa arasındakı münasibətlərin gələcəyi, Azərbaycanın Fransa mədəniyyəti, ticarəti üçün artıq etdikləri, Fransa biznesinin Azərbaycanda mövcud olması heç bir əhəmiyyət kəsb etmir. Nədənsə heç kim “Total”ın Azərbaycanın neft-qaz layihələrindəki payını xatırlamır. Beləliklə, bütün bunları nəzərə alaraq, yaxın gələcəkdə Azərbaycan ilə Fransa arasındakı münasibətlərin pisləşəcəyi qənaətinə gələ bilərik”.

Qeyd edək ki, daha əvvəl Fransa Senatına qondarma "dqr"in "tanınması"nın zəruriliyi haqqında 145 saylı qərar layihəsi təqdim edilib və noyabrın 25-də layihə müzakirə olunaraq qəbul edilib.

28 Yanvar 2021 Qoca xəbərdarlıq etdi: Ciddi əməl etməliyik
28 Yanvar 2021 İranı dayandırmaq üçün bizə Rusiya lazımdır - ABŞ
28 Yanvar 2021 Muradovun rolu Paşinyandan çoxdur – Köçəryan
28 Yanvar 2021 Yəməndəki böhrana Səudiyyə səbəb oldu - Blinken
27 Yanvar 2021 Buna icazə versək, ruhumuz əziyyət çəkəcək - Bayden
27 Yanvar 2021 İsraildən xəbərdarlıq: Hansı evin yanında raket tapılsa...
27 Yanvar 2021 Fransa səhvini anladı: Makron Əliyevə əl uzatdı – Şərh
27 Yanvar 2021 ABŞ-da bir gündə 2513 nəfər koronadan öldü
27 Yanvar 2021 Baydenlə danışan Putin hərəkətə keçdi: Razılaşma Dumada...
27 Yanvar 2021 AŞPA tarixində ilk: Yeni baş katib...
27 Yanvar 2021 Bayden Stoltenberqlə Yaxın Şərqi müzakirə etdi
27 Yanvar 2021 Zərif İrəvana gəldi
27 Yanvar 2021 Putinlə Baydenin danışığı göstərdi ki… - Kosaçev
26 Yanvar 2021 Szinpin: Trilyonlar xərclənib, lakin vəziyyət pisdir
26 Yanvar 2021 Çeçenistandan Lavrova xahiş: Onu Londondan al
26 Yanvar 2021 Vaksinlər əlçatan olmalıdır - Quterreş
26 Yanvar 2021 Merkel Baydenə zəng etdi: Əməkdaşlıq...
26 Yanvar 2021 Gürcü müxalifəti mesaj verdi: İnqilab başlayır
26 Yanvar 2021 Dünyada 100 milyon insan koronaya yoluxdu
25 Yanvar 2021 I Aramdan Baydenə “ermənicə” xatırlatma
25 Yanvar 2021 “Tramp, Moskvaya qayıt” – Təyyarələrdən banner asıldı
25 Yanvar 2021 Ərdoğan elan etdi: Türkiyəyə axın başladı
25 Yanvar 2021 Putindən Rusiyada keçirilən mitinqlərə münasibət
25 Yanvar 2021 Almaniya Ermənistana 30 ton yardım göndərdi
25 Yanvar 2021 Biz azərbaycanlılara bayraq paylamamışıq – Pakistanlı nazir
25 Yanvar 2021 Qalından yunanlarla görüş barədə nikbin açıqlama
25 Yanvar 2021 İki nəhəngin toqquşması: razılığa gəlindi
25 Yanvar 2021 Qonşu ölkədə ardıcıl zəlzələlər
25 Yanvar 2021 Rusiya qondarma qurumu bura daxil etmək istəyir - Video
25 Yanvar 2021 Ukraynada Navalnı açıqlaması: Düşmənimin düşməni...