Almaniyada noyabr ayının sonuna qədər qüvvədə olan qismən karantin rejimi uzadılıb.
Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.
“28 oktyabrda tətbiq olunan məhdudiyyətlər 20 dekabra qədər davam edəcək. Ancaq çoxlu sayda yoluxma səbəbindən yanvar ayının əvvəlinə qədər saxlanılmasının lazım olduğuna inanırıq”, - Merkel bildirib.