ABŞ Dövlət katibi Mayk Pompeonun Qolan təpələrinə səfəri provokasiyadır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
“Biz davamlı olaraq Suriyanın birliyinin qorunmasının, suverenliyinə, ərazi bütövlüyünə hörmət edilməsinin tərəfdarı olduğumuzu bildiririk. Ölkəni bölmək, onu konfliktə sürükləmək planından imtina edilməsinə çağırış edirik”, - deyə diplomat bildirib.
Qeyd edək ki, Pompeo ötən həftə İsrailə səfər etmişdi. Amerikan KİV-ləri dövlət rəsmisinin Qolan təpələrinə də getdiyini yazmışdı.