Biz ümid edirik ki, Rusiya ilə birlikdə uzun illər boyu siyasi prosesə rəhbərlik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri 9 noyabr tarixli razılaşmalar nəzərə alınmaqla və onların əsasında bu məsələlərin həllinə qoşulacaqlar.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Prezident İlham Əliyevin qəbulunda bildirib.
"Dəfələrlə Sizin də vurğuladığınız, Prezident Putinin də dediyi kimi, bu işlər həmişə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əsasını təşkil edən prinsiplər məcrasında gedir", - Lavrov söyləyib.