2020-ci ildə bəşəriyyətin üzləşdiyi çətinliklərin miqyası həqiqətən misilsizdir.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin G20 zirvəsinin videoformatda keçirilən görüşündə bildirib.
"Koronavirus epidemiyası, iqtisadi fəaliyyətin dondurulması müasir dünyanın böyük böhrandan bu yana həll edə bilmədiyi sistemli bir iqtisadi böhrana səbəb oldu", - Putin qeyd edib.