Son xəbərlər

 

Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedyevə məktub ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

“Bu günlərdə Rusiya Federasiyasının Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan üzvü Vitali Milonovun Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurmuş, onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilmişdir.

Bu qanunsuz səfər Ermənistanın Azərbaycana qarşı təcavüzünə və işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimə dəstəyin ifadəsi olub, Azərbaycan ilə Rusiya arasındakı hərtərəfli dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir.

Milonov “Vahid Rusiya” partiyasının üzvüdür. Onun bu addımı indiyədək ikitərəfli qaydada və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edən Yeni Azərbaycan Partiyası tərəfindən xüsusi təəssüf hissi ilə qarşılanır.

Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz addımı ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirən Rusiya Federasiyasının illər ərzində apardığı fəaliyyətlə ziddiyyət təşkil edir.

Sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatının nəticəsində başlayan döyüşlərin getdiyi bir vaxtda işğalçıya rəğbət ifadə edən səfərdə iştirak etmək Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən rəsmi mövqeyinə qarşı çıxmaq deməkdir.

Gələcəkdə Rusiyanın rəsmi şəxsləri tərəfindən bu cür qanunsuz və təxribatçı fəaliyyətlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görüləcəyinə ümid edirik”.

05 Dekabr 2020 Paşinyan xalqa müraciət etdi və Köçəryanı yıxıb-sürüdü
05 Dekabr 2020 Mixaylov: Pulunuz yoxdur? - Zəngəzuru verin!
05 Dekabr 2020 Moldova prezidenti xalqı mitinqə səslədi
05 Dekabr 2020 Akar: Azərbaycan bu əməliyyatı uğurla həyata keçirdi
05 Dekabr 2020 Şoyqunun qızı prezident seçildi
05 Dekabr 2020 Paşinyan: Bura cəbhə xətti olmamalıdır
04 Dekabr 2020 Paşinyanın reytinqi açıqlandı – Hamı təəccüb etdi
04 Dekabr 2020 ABŞ-la Türkiyənin maraqları oxşardır - ABŞ
04 Dekabr 2020 Duqindən Əliyev və Qarabağla bağlı möhtəşəm şərh
04 Dekabr 2020 Burak Yılmaz ən yaxşı oyunçu seçildi
04 Dekabr 2020 Robot ölkə başçısı ola bilərmi? - Putin açıqladı
04 Dekabr 2020 ABŞ-da korona ilə bağlı son vəziyyət
04 Dekabr 2020 Ərdoğan: Fransa təhlükədədir, çıxış yolu budur
04 Dekabr 2020 Türkiyədə 14,5 min insan koronadan öldü
04 Dekabr 2020 Rusiyanın bu ölkəyə təcavüzü davam edir - ABŞ
04 Dekabr 2020 ABŞ-ın büdcə layihəsində Türkiyəyə sanksiya var
04 Dekabr 2020 Zərif: ABŞ İrana heç bir şərt irəli sürə bilməz
04 Dekabr 2020 Fransa: Qarabağın müstəqilliyini tanımayacağıq!
04 Dekabr 2020 Sabah Nikolun satqınlığı faktla ortaya qoyulacaq
04 Dekabr 2020 Tiflis bu il yolkasız qalacaq – Qərar
04 Dekabr 2020 ABŞ-da antirekord: 2147 nəfər koronadan öldü
03 Dekabr 2020 Ərdoğan: XXI əsrin ən böyük imtahanı ilə üzləşmişik
03 Dekabr 2020 Türkiyədə korona ilə bağlı son məlumat
03 Dekabr 2020 Afrikalı Hitler seçkidə qalib gəldi
03 Dekabr 2020 Ermənistan müxalifəti Paşinyanın yerinə namizədini açıqladı
03 Dekabr 2020 Moskva UNESCO-nun Qarabağa missiya göndərməsini dəstəkləyir
03 Dekabr 2020 Dünyada COVID-19-dan ölənlərin sayı 1.5 milyonu keçdi
03 Dekabr 2020 Komendant postunda saxlamayan sürücü həbs edildi
03 Dekabr 2020 Nazir Rusiya və Türkiyəyə təşəkkür etdi
03 Dekabr 2020 Ruhani nüvə fəaliyyətinin aktivləşdirilməsinə qarşı çıxdı