Qırğızıstan Mərkəzi Seçki Komissiyası yeni parlament seçkisi elan edib.
Axar.az xəbər verir ki, bu məlumatı “SputnikQırğızıstan” yayıb. Yeni seçkilər dekabrın 20-nə təyin edilib.
Qeyd edək ki, bundan öncə Qırğızıstanda parlament seçkisi baş tutub. Seçkidən sonra ölkədə saxtakarlığa etiraz olaraq genişmiqyaslı aksiyalar keçirilib və nəticədə seçkinin nəticələri ləğv edilib, ölkə Prezidenti Sooronbay Jeenbekov isə istefaya gedib.