Yunanistan və Türkiyə arasında keçirilən görüşlərdə müsbət nəticələr əldə edilir.
Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Tərəflər Aralıq dənizinin şərq hissəsində gərginliyin azaldılması, hava və dənizdə istənməyən hadisələrin baş verməməsi üçün bir neçə dəfə bir araya gəlib. Bu iclaslar davam edir və yaxşı irəliləyiş əldə edilib”, - baş katib bildirib.