Fransanın paytaxtı Parisdə yerləşən Eyfel qülləsinin ziyarətçiləri təcili olaraq evakuasiya edilib.
Axar.az xəbər verir ki, buna səbəb naməlum şəxsin qüllənin daxilində partlayıcı maddənin olması barədə telefon zəngi olub.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə axtarış tədbirlərini həyata keçirir.