Son xəbərlər

 

Alimlər kainatda ən güclü maqnit sahəsini aşkar ediblər. Söhbət Yerdən 20 min işıq ili məsafədə yerləşən neytron ulduzundan gedir. Çin Elmlər Akademiyası, Eberhard və Karl Universitetinin (Almaniya/Tübingen) əməkdaşlarının birgə işi olan bu tədqiqatın nəticələri “Astrophysical Journal Letters”də dərc edilib.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Axar.az-a bildirilib ki, GRO J1008-57 pulsarının maqnit sahəsi bir milyard Tesla tərtibindədir və bu da indiyə qədər ölçülən ən güclü maqnit sahəsidir.

Uzaq bir göy cisminin maqnit sahəsini ölçmək çətin işdir. Astronomlar maqnitometr ilə ona çata bilmədikləri üçün yalnız Yerdə teleskoplar vasitəsilə alınan informasiya ilə kifayətlənməli olurlar.

GRO J1008-57 rentgen pulsarıdır. Obyekt adi ulduzdan və neytron ulduzundan ibarət sıx qoşa sistemdir (SQS). Adi komponentdən neytron ulduzuna maddə akresiyasının nəticəsində neytron ulduzunun ətrafında disk yaranır. Əgər maqnit sahəsi güclüdürsə akresiya edən maddə maqnit qüvvə xətləri boyunca yönəlir, bu da rentgen şüalanmasının yaranmasına səbəb olur.

2017-ci ildə Insight-HXMT (Çinin ilk rentgen astronomik peyki) vasitəsilə GRO J1008-57 pulsarında 90 keV səviyyəsində siklotron-rezonans səpilmə xüsusiyyəti aşkar edilib.

Nəzəriyyəçilərin fikrincə, belə böyük maqnit sahələri nəinki maddənin xüsusiyyətlərini, hətta vakuumun özünü belə dəyişdirir. Təbiətin özü fiziklər üçün belə bir imkana malik laboratoriya təşkil edib ki, bu da GRO J1008-57 pulsarını alimlər üçün maraqlı edir.

16 Aprel 2024 Türkiyənin ABŞ-yə xalça ixracının həcmi açıqlanıb
16 Aprel 2024 Türkiyənin Azərbaycana tekstil ixracı 10 milyon dollara çatdı
16 Aprel 2024 Ukrayna ABŞ-ı hədələdi: Verməsəz, vuracağıq!
16 Aprel 2024 Ukrayna Türkiyənin təklifindən son anda imtina etdi
16 Aprel 2024 Rusiyalı deputata sui-qəsd edildi
16 Aprel 2024 Rəisi hədələdi: Dəhşətli cavab veriləcək
16 Aprel 2024 Sensasion xəbər yayıldı: Budanov və Sırski öldürülüb
15 Aprel 2024 ABŞ-də erməni qəbiristanlığı yandırıldı
15 Aprel 2024 Rəisi İranın zərbə endirdiyi ölkəyə səfərə gedir
15 Aprel 2024 Paşinyan türk liderlə görüşdən sonra açıqladı: Bakı ilə sülh...
15 Aprel 2024 Yaxın Şərq böyük fəlakətin astanasındadır - BMT
15 Aprel 2024 İsrail bu məhdudiyyətləri ləğv etdi
15 Aprel 2024 Papua Yeni-Qvineyada güclü zəlzələ baş verdi
14 Aprel 2024 İsrail bu raketlərin heç birini vura bilmədi - İran
14 Aprel 2024 İran Türkiyəni əvvəlcədən məlumatlandırıbmış - "Röyters"
14 Aprel 2024 Baydendən Netanyahuya xəbərdarlıq: İrana hücum etsəniz...
14 Aprel 2024 Türkiyə XİN-dən İranın hücumu ilə bağlı bəyanat
14 Aprel 2024 Tanzaniyada daşqınlar: 58 nəfər öldü
14 Aprel 2024 İran-İsrail savaşı: ABŞ Türkiyədən vasitəçi olmasını istədi
14 Aprel 2024 ABŞ bazalarına hücum etməyəcəyik - Abdullahian
14 Aprel 2024 İldırım düşdü, 25 nəfər öldü
14 Aprel 2024 İsrail bir gecəlik müdafiəyə bu qədər pul xərclədi
14 Aprel 2024 Serbiya MiQ-29-u Fransa qırıcısına dəyişir
14 Aprel 2024 Türkiyənin İrana dəri məhsulları ixracının həcmi açıqlandı
14 Aprel 2024 İranın hücumları uğursuz oldu - Bayden
14 Aprel 2024 İsrail İranın nüvə proqramını məhv etməlidir - Bolton
14 Aprel 2024 Kampaniya bitməyib, biz ayıq və güclüyük - Qallant
14 Aprel 2024 Almaniya böhran qərargahının təcili iclasını çağırır
14 Aprel 2024 ÇAXAL təsdiqlədi: İran PUA-larla hücum edir!
14 Aprel 2024 İordaniya xəbərdarlıq etdi: İranın dronlarını vuracağıq!