Qafqaz-2020 strateji komanda-qərargah təlimlərində iştirak üçün Çin və Belarus hərbi birlikləri Rusiyaya gəlib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hər iki ölkənin hərbçiləri artıq “Kapustin Yar” təlim mərkəzinə çatıb.
Qeyd edək ki, Qafqaz-2020 strateji komanda-qərargah təlimləri 21-26 sentyabr tarixlərində keçiriləcək.