Son xəbərlər

 

Məlum olduğu kimi, Belarusda keçirilən prezident seçkilərindən sonra baş tutan kütləvi etiraz aksiyalarına hakimiyyət tərəfindən sərt şəkildə müdaxilə olunub.

Ölkənin Daxili İşlər Nazirliyi min nəfəri Minskdə olmaqla, ölkə üzrə 3 minədək etirazçının saxlandığını, toqquşmalar zamanı 50-dən çox dinc sakinin, 39 hüquq-mühafizə əməkdaşının xəsarət aldığını rəsmən bəyan edib.

Müxalifətin əsas namizədi Svetlana Tixanovskaya isə Minskdə keçirdiyi mətbuat konfransında seçkinin qalibi olduğunu açıqlayıb. O, fikrinin seçki məntəqələrinin çoxundan əldə olunmuş real protokollara əsaslandığını, həmin sənədlərin onun seçkini udduğunu sübuta yetirdiyini söyləyib.

Tixanovskaya seçki komissiyasının elan etdiyi rəsmi nəticələrin saxtalaşdırıldığını iddia edib. Onun sözlərinə görə, etirazlar zamanı bir nəfərin öldüyü təsdiqlənərsə, bu, Lukaşenko hökumətinin sonunun başlanğıcı olacaq. DİN-in rəsmi sözçüsü isə bir nəfərin ölümü haqda məlumatın yalan olduğunu bildirib.

Prezident Aleksandr Lukaşenko isə öz növbəsində aksiyalarda iştirak edənləri sərt dildə tənqid və hətta təhqir edib. Lukaşenko etirazçılara “adekvat cavab veriləcəyini” bildirib. Prezident həmçinin etirazçıları telefon vasitəsilə xarici ölkələrdən idarə olunan “qoyunlar” adlandırıb: “Polşadan, Böyük Britaniyadan, Çexiya Respublikasından bizim, bu sözə görə üzr istəyirəm, qoyunları idarə etmək üçün telefon zəngləri olub. Onlar nə etdiklərini bilmirlər və başqaları onları idarə etməyə başlayır.”

Prezident aksiyalarda iştirak edən gənclərin valideynlərinə də xəbərdarlıq edərək, əgər sonradan peşman olmalarını istəmirlərsə, vaxtında övladlarına nəzarət etmələrini məsləhət görüb. Lukaşenko əlavə edib ki, Minskin mərkəzində “yanğın törətmək”cəhdi baş tutmayıb və o, ölkənin parçalanmasına imkan verməyəcək.

Onu da qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Belarusda baş verən zorakılığı pisləyib, hökuməti seçkinin nəticələrini dəqiq hesablayıb dərc etməyə çağırıb.

Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali təmsilçisi Jozep Borrell və Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi də zorakılığı pisləyib. Onlar da avqustun 10-da verdikləri bəyanatda Belarus hökumətini səsləri düzgün saymağa çağırıblar. /AzPolitika.info/

25 Aprel 2024 İsrail HƏMAS-ın yeni tunellərini məhv etdi
25 Aprel 2024 Avropa ölüm riski ilə qarşı-qarşıyadır - Makron
25 Aprel 2024 Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan
25 Aprel 2024 Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
25 Aprel 2024 Nebenzyadan ABŞ nümayəndəsinə: Niyə bunu istəmirsiniz?
24 Aprel 2024 Putin Şoyqunun müavininin həbs əmrini buna görə verib
24 Aprel 2024 AB İvanişvilini cəzalandırmaq istəyir
24 Aprel 2024 Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...
24 Aprel 2024 İranlı millət vəkili Rəisiyə: İnsanlar məhv olur!
24 Aprel 2024 Fələstin dövlətini tanımaqda qərarlıyıq - Sançes
24 Aprel 2024 Krım körpüsü bağlandı
24 Aprel 2024 Matviyenko: Simonyana ayıb olsun, bütün xətləri keçdi!
24 Aprel 2024 Rus ordusunun hücumu belə dəf edildi - Video
24 Aprel 2024 Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj
24 Aprel 2024 Ukrayna bu istiqamətdə əməliyyata başlayacaq
24 Aprel 2024 İranı bundan aydın pisləyə bilməzdik - Borrell
24 Aprel 2024 Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov
24 Aprel 2024 Səudiyyə kralı xəstəxanaya yerləşdirildi
24 Aprel 2024 Co Bayden yenə hava ilə “salam”laşdı - Video
24 Aprel 2024 Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç
24 Aprel 2024 Argentina İran nazirinin həbsini tələb edir
24 Aprel 2024 Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video
24 Aprel 2024 Şoyqunun müavininin keçmiş arvadı da yoxa çıxdı
24 Aprel 2024 KXDR-in nümayəndə heyəti İrana gəldi
24 Aprel 2024 Şoyqunun müavini 2 aylıq həbs edildi
24 Aprel 2024 ABŞ 3 iranlının başına 10 milyon dollar mükafat təyin etdi
24 Aprel 2024 Almaniya lideri İstanbulda dönər payladı - Video+Fotolar
24 Aprel 2024 La-Manş boğazını keçmək istəyən 5 nəfər öldü - Biri uşaqdır
24 Aprel 2024 Şoyqunun müavini rüşvətə görə saxlanıldı
24 Aprel 2024 Bu, inkişaf üçün güclü təkan olacaq - Putin