Son xəbərlər

 

İran parlamentinin keçmiş millət vəkili Əli Mütəhhəri “Twitter” səhifəsində paylaşdığı bir yazıda İran rejiminin Çin hökumətinin uyğur müsəlmanlarına qarşı təzyiq və repressiyalarına göz yummasına kəskin etiraz bildirib.

Gunaz TV bildirir ki, sabiq millət vəkili “İran hakimiyyəti iqtisadi baxımdan Çinə möhtac olduğu üçün onun uyğur müsəlmanlarına qarşı zülmünə göz yumur. İranın Çin hökumətinin uyğur müsəlmanlarına qarşı zülm və repressiyaları qarşısında susması və buna göz yumması islam respublikası üçün başıaşağılıq və biabırçılıqdır” deyib.

Mütəhhəri bundan əvvəl də başqa bir tvitində İranla Çin arasında razılaşdırılmış 25 illik əməkdaşlıq sənədinin möhtəvasına etiraz bildirərək, rəsmi Tehranın Pekinlə hər hansı bir əməkdaşlıqdan əvvəl Çindəki uyğur müsəlmanlarının acınacaqlı taleyi barədə mövqe bildirməsini tələb etmişdi: “İranla Çin arasında 25 illik əməkdaşlıq sənədinin məzmunu hələ bir kənara qalsın, lakin sənədin imzalanmasından əvvəl məscidləri dağıdılan, öz din və mədəni kimliyindən əl çəkmək üçün Çinin icbari əmək düşərgələrində işgəncə altında saxlanılan 2 milyon uyğur müsəlmanının taleyi müəyyən edilməlidir” –deyə, Əli Mütəhhəri bildirmişdi.İran parlamentinin iclasında çıxış edən deputat Mahmud Əhmədi Biğəş, Mütəhhərinin “Twitter”də paylaşdığı bu yazısını rədd edərək, Çin hökumətinin uyğur müsəlmanları ilə hər hansı bir problemi olmadığını deyib: “Son vaxtlar həmişə tələbkar olan bəzi xasiyyətsiz siyasətçilərin hökumətin Çin müsəlmanları ilə bağlı siyasəti barədə yaydığı tənqidi fikirlər və iddialar yalandır və ölkənin milli təhlükəsizliyinə qarşı zidd addımdır.Aparılan araşdırmalar göstərir ki, Çin hökumətinin on minlərlə uyğur müsəlmanı ilə heç bir problemi yoxdur. Beləliklə də Çin müsəlmanlarını Fələstin müsəlmanları ilə müqayisə etmək qərbə meyillənən fitnədən başqa bir şey deyil. Aydın məsələdir ki, bu kimi bəyanatların səsləndirilməsi İranla Çin arasındakı münasibətlərə xələl gətirmək və ona təsir etmək məqsədi güdür” –deyə, İran parlamentinin deputatı Mahmud Əhmədi Biğəş əlavə edib.Mahmud Əhmədi Biğəşin bu çıxışından sonra Əli Mütəhhəri “Twitter” də paylaşdığı yeni bir yazısında iranlı deputatın məsələyə münasibətini kəskin tənqid edib: “Deputat Mahmud Əhmədi Biğəşin Çin kommunist rejiminin uyğur müsəlmanlarına qarşı böyük zülmündən məlumatsızlığı heç də təəccüblü deyil. Çünki onun kimi şəxslər öz məlumatlarını yalnız dövlət radio-televiziyasından əldə edirlər. İran Dövlət Radio-Televiziyası isə dünya mediasından fərqli olaraq, bu günə qədər Çinin müsəlmanlar yaşayan bölgələrində islamın kökünün necə kəsildiyi barədə hər hansı bir məlumat və reportaj yaymayıb” –deyə, İran parlamentinin keçmiş deputatı Əli Mütəhhəri “Twitter” də paylaşdığı yazısında bildirib.

23 Aprel 2024 Afinadan sərt cavab: Bunu Ukraynaya verməyəcəyik...
23 Aprel 2024 Papikyan fransız deputatla görüşdü
23 Aprel 2024 İranda antiazərbaycan təbliğatı genişlənir
23 Aprel 2024 Paşinyan artıq bunu başa düşür - Ərdoğan
23 Aprel 2024 İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...
23 Aprel 2024 Tramp Ukraynanı Rusiyanın bir hissəsi adlandırdı
23 Aprel 2024 İranda nüvə silahı: Qüddusi “hə”, Heydəri “yox” deyir...
21 Aprel 2024 İran niyə Zəngəzur dəhlizinə qarşıdır? - ABŞ eksperti
21 Aprel 2024 ABŞ-ın bu addımı böhranı dərinləşdirəcək - Zaxarova
21 Aprel 2024 Netanyahu ABŞ-a buna görə təşəkkür etdi
21 Aprel 2024 ABŞ-da Tiktok qadağan edilə bilər
21 Aprel 2024 4 kəndin qayıtması: Paşinyanı sevindirən nədir?
20 Aprel 2024 Fidandan Qərbə xəbərdarlıq: Fikirləşməsinlər ki...
20 Aprel 2024 Ölkəmiz münaqişədən bezib - Zelenski
20 Aprel 2024 Avropa tənəzzüldədir, ona görə də... - Orban
20 Aprel 2024 Türkiyənin Özbəkistana hazır geyim məhsulları ixracı artıb
20 Aprel 2024 Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan
20 Aprel 2024 Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var
20 Aprel 2024 ABŞ və İsraildən Rəfahla bağlı razılaşma...
20 Aprel 2024 Bu ölkə Ukrayna üçün yarım milyon mərmi aldı
20 Aprel 2024 Biz onları qorumaq üçün milyardlar xərcləyirik - Tramp
19 Aprel 2024 Netanyahu Berbokla mübahisə etdi: Biz nasist deyilik!
19 Aprel 2024 NATO-nun yaxınlaşmasına imkan verməyəcəyik - Lavrov
19 Aprel 2024 Çin Ukraynada müharibəni qızışdırır - Blinken
19 Aprel 2024 Hindistanda dünyanın ən böyük seçkiləri başladı
19 Aprel 2024 Rusiya Ermənistanı müttəfiqi hesab edir - Lavrov
19 Aprel 2024 Türkiyənin Rusiyaya kimyəvi maddə ixracının həcmi açıqlandı
19 Aprel 2024 İsrail səhvə yol verdi və şirin quyruğu ilə oynadı - Meşkini
19 Aprel 2024 Ərdoğandan İsrail-İran açıqlaması: Hər iki tərəf...
19 Aprel 2024 Medvedyevdən Zelenskiyə: Qorx, təlxək!..