Rusiya peyvənd sınaqlarının nəticəsini açıqladı

Rusiyanın Seçenov Universitetinin mütəxəssisləri könüllülər üzərində aparılan koronavirus peyvəndi sınaqlarının nəticələrini açıqlayıb.

Bu barədə “TASS” agentliyinə Seçenov Universiteti Dərmanların Klinik Tədqiqatı Mərkəzinin rəhbəri, baş tədqiqatçı Yelena Smolyarçuk məlumat verib. O bildirib ki, peyvənd sınaqlarının nəticələrində az sayda gözlənilən əlavə təsirlərdən başqa ciddi arzuolunmaz mənfi təsirlər müşahidə olunmayıb.

Onun sözlərinə görə, sözügedən əlavə təsirlər post-vaksin təsirləri olaraq bilinir, lokal və ümumi xarakter daşıyır və heç bir müdaxiləyə ehtiyac olmadan öz-özünə keçir. O qeyd edib ki, bu təsirlər peyvənd qəbul edildikdən dərhal sonra və ya sonrakı bir neçə saat ərzində baş verir.

Qeyd edək ki, Seçenov Universitetində koronavirus peyvəndinin klinik sınaqlarının ilk mərhələsi iyunun 18-də başlayıb. 20 könüllüdən ibarət ikinci qrup isə 23 iyun tarixində peyvənd edilib. Smolyarçukun sözlərinə görə, peyvənd iki alt hissədən ibarətdir.

Birinci qrupda könüllülərin yarısına peyvəndin bir alt hissəsi, digər yarısına isə ikinci hissəsi vurulub. Qalan 20 nəfərə isə peyvənd tam vurulub.

“Bununla müxtəlif könüllülərdə immunitetin inkişaf tempi və intensivliyi idarə edilir”,- deyə mütəxəssis bildirib.

Xatırladaq ki, daha əvvəl Vektor mərkəzinin direktoru Rinat Maksyutov Rusiyada koronavirus vaksininin üç prototipinin immun reaksiya meydana gətirmə qabiliyyəti üzərində sınaqlardan uğurla keçdiyini və effektivliyini göstərdiyini açıqlamışdı.

29 Mart 2024 ABŞ nümayəndə heyəti Türkiyəyə gəlir
29 Mart 2024 HƏMAS-la danışıqlarda bundan istifadə edəcəyik
29 Mart 2024 Saakaşvili Ali Radaya müraciət etdi: Qələbə...
29 Mart 2024 İŞİD-in yüksək rütbəli komandanı məhv edildi
29 Mart 2024 Putin ölsə də, heç nə dəyişməyəcək - Budanov
29 Mart 2024 Parisdə Olimpiya Oyunlarının açılışı ləğv edilir?
28 Mart 2024 Dünyanı heyrətə salan anakonda öldürüldü
28 Mart 2024 Ukrayna Rusiya hərbi təyyarəsini məhv etdi - Video
28 Mart 2024 Putin bunu heç vaxt bağışlamayacaq - Zelenski
28 Mart 2024 İsrail bunun səhv olduğunu başa düşməlidir - Tayani
28 Mart 2024 Ukrayna HHQ-dən xəbərdarlıq: Bütün ölkə ərazisində...
28 Mart 2024 Lavrovdan şok: NATO artıq Ermənistana girir
28 Mart 2024 Gürcüstanda kurort zonasında qar uçqunu oldu
28 Mart 2024 Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan
28 Mart 2024 Türkiyə ordusu 1 həftədə bu qədər terrorçu məhv etdi
28 Mart 2024 Türkiyədə NATO neft kəməri zədələndi, mazut gölə axdı
28 Mart 2024 Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...
28 Mart 2024 Belqoroda PUA hücumu edildi
28 Mart 2024 Moskva terrorundan ABŞ-ın xəbəri var idi - Şolts
28 Mart 2024 Əgər Ukraynada dövlət çevrilişi olmasaydı... - Putin
28 Mart 2024 Putindən Qərbə F-16 xəbərdarlığı: Məhv edəcəyik!
27 Mart 2024 Yaya qədər təhlükəsizliyi tam təmin edəcəyik - Ərdoğan
27 Mart 2024 Solovyovu efirdən uzaqlaşdırın! - Rusiyada petisiya
27 Mart 2024 Lotereyada 1,13 milyard dollar uddu
27 Mart 2024 Silva Makrona “Sarkozi” dedi...
27 Mart 2024 Cənnətə çevrilən bataqlıq: “Krokus” belə tikilib
27 Mart 2024 Fransanın Qafqazda əsl məqsədi... - Zaxarova
27 Mart 2024 Moskva teraktı bizə xatırladır ki, İŞİD... - Blinken
27 Mart 2024 “Krokus”da terror qurbanları ilə bağlı yeni məlumat
27 Mart 2024 İsrail Livanın cənubunu vurdu: 10 ölü