Son xəbərlər

 

Qabil Məmmədovla bağlı həbs qərarı verildi

Hazırda Almaniyada siyasi mühacir həyatı yaşayan Qabil Məmmədovun həbs edilərək Azərbaycanda ekstradisiya olunması üçün işlərə başlanılıb.

 

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, Məmmədov Qabil Əmrah oğlunun əvvəllər konkret cinayət əməllərinə görə məhkum olunmuş həmfikirləri və havadarları ilə qabaqcadan əlbir olduğu qrupda gizli təşkilatlanıb Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terror aktları törətmək üçün 2019-cu ildə sosial şəbəkələr vasitəsi ilə yayımladığı çoxsaylı videoçıxışlarında özünə tərəfdar bildiyi və dəstək verəcəklərini güman etdiyi həmfikirlərinə müraciət edərək silahlanıb mümkün kütləvi aksiyaların gedişində Azərbaycan Respublikasının hakimiyyət orqanlarının yüksək vəzifəli şəxslərini, o cümlədən ictimai asayişi qoruyan polis əməkdaşlarını qətlə yetirmək, onların evlərini yandırmaqla terrorçuluğun törədilməsinə yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Aparılmış istintaqla həmin materialları internet resurslarında yaymaqla nəzərdə tutulmuş cinayətlərin hazırlanması və törədilməsində istifadə edilməsi məqsədi ilə dövlətə və hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Əhmədov Niyaməddin Arif oğluna müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Lakin Qabil Məmmədovun çıxışlarında bəyan etdiyi terrorçuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb.

Göstərilənlərlə əlaqədar hazırda barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilməklə axtarışda olan Qabil Məmmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunmaqla onun Azərbaycan Respublikasına ekstradisiyası üzrə müvafiq hüquqi prosedurlar həyata keçirilir.

02 İyun 2020 Koronavirus bitməmiş ebola yayılmağa başladı — ÜST-dən xəbərdarlıq
02 İyun 2020 Çində koronavirusun ikinci DALĞASI BAŞLAYIR?
01 İyun 2020 Paşinyan və ailəsi koronavirusa yoluxdu — SON DƏQİQƏ
01 İyun 2020 Koronavirus ABŞ-da son 24 saatda daha 967 nəfəri öldürdü
01 İyun 2020 Türkiyədə koronavirus 4 540 nəfərin ölümünə səbəb oldu
29 May 2020 İstanbulda güclü partlayış – Ölən və yaralananlar var
29 May 2020 Məkkə ziyarəti ilə bağlı QƏRAR
29 May 2020 “Koronavirus ən azı 1 il bizimlə olacaq” – Türkiyədən gəlmiş həkimlə MÜSAHİBƏ
29 May 2020 Erməni axritektordan şok etiraf: İrəvan bizim deyil! – Video
29 May 2020 İsrailin fələstinlilərlə bağlı böyük planı açıqlandı
29 May 2020 Ərdoğanın bu sözləri Afinanı silkələdi – Video
27 May 2020 İŞİD yenidən fəallaşdı — Bu dəfə Liviyada
27 May 2020 Paşinyan: “Ermənistanda koronavirusla bağlı həddən artıq mürəkkəb vəziyyət yaranıb”
22 May 2020 “İkinci dalğa olsa, iqtisadiyyatı dayandırmayacağıq” - Tramp
21 May 2020 Ermənistanda bir gündə koronavirusa rekord yoluxma
21 May 2020 Rusiyada bir gündə koronavirusdan 127 nəfər öldü
21 May 2020 Uhanda vəhşi heyvanların yeyilməsi qadağan edildi
21 May 2020 Gürcüstanda fövqəladə vəziyyət ləğv olunur
21 May 2020 THY daxili və beynəlxalq uçuşların tarixini açıqladı
20 May 2020 Koronavirusa yoluxanların sayı 5 milyonu keçdi – SON STATİSTİKA
20 May 2020 Koronavirus peyvəndinə ehtiyac olmaya bilər — Çinli alimlərin yeni kəşfi
19 May 2020 “Bizim çempion elan edilməli olduğumuz mövsümdür” - Klopp
19 May 2020 Mişustin koronavirusdan sağaldı
19 May 2020 Çinin koronadan qazancı: Dünya belə aldadılır…
19 May 2020 Dünyadan təcrid olunmuş bu qəbilədə də koronavirus aşkarlandı
19 May 2020 Kəndi yerlə bir etdilər: Yaşlılar güllələnd — Yeniyetmə qızlar isə… – VİDEO
18 May 2020 Əfqanıstanda terror aktı - 7 ölü, 40 yaralı
18 May 2020 ABŞ və Rusiya razılaşdı: Türkiyə qalır, İran çıxarılır!
18 May 2020 Daha 2 ölkə koronavirusla vidalaşdı
18 May 2020 İtaliyada pandemiya dövründə ilk dəfə ən az ölüm qeydə alındı