ABŞ Prezidenti Donald Trampın Administrasiyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsini yeniləyə bilər.
"Qafqazinfo" "Fox news"a istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyası tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adanom Qebreysusa göndərilən məktubda qeyd olunub.
Məktubda qeyd edilib ki, Tramp administrasiyası ÜST üçün maliyyə dəstəyini bərpa etməyə razılıq verəcək. Lakin məbləğin Çinin ödədiyi məbləğlə eyni miqdarda olacağı bildirilib. "Çin ÜST üçün maliyyəni artırarsa, o zaman biz də artım ehtimalını nəzərdən keçirəcəyik",-deyə məktubda qeyd olunub.
Bildirilib ki, ABŞ ÜST-nin işində müəyyən çatışmazlıqları görür, lakin bununla yanaşı təşkilatın böyük potensiala sahib olduğuna inanır.
Xatırladaq ki, aprel ayında Tramp ÜST-ün ABŞ tərəfindən maliyyələşdirilməsini dayandırdığını açıqlamışdı.