ABŞ və Böyük Britaniyanın körfəzdəki gəmiləri hərbi təlimlərə başlayıblar. Bu barədə məlumatı ABŞ-ın regiondakı hərbi dəniz qüvvələrinin komandanı Cefri Morqantaller yayıb. O bildirib ki, təlimlərdə körfəzin minalardan təmizlənməsi taktikası həyata keçiriləcək. ABŞ-ın Həbi Dəniz Donanmasının saytında isə qeyd olunub ki, körfəzdə keçirilən “Exercise 2020” hərbi təlimlərinin məqsədindən ondan ibarətdir ki, ticarət gəmilərinin təhlükəsizliyi təmin edilsin. Təlimlərə ABŞ və Böyük Britaniyanın regionda yerləşdirdikləri hərbi hissələrə aid helikopterlər, patrul katerləri, sualtı əməliyyatlar üçün xüsusi hərbi hissələr cəlb olunub. Təlimlərin nə qədər davam edəcəyi barədə məlumat verilmir.

Politoloq Mübariz Əhmədoğlu Redaktor.az-a məsələni şərh edərkən bildirib ki, təlimlərlə bağlı əsas aktual mövzu hər iki dövlətin bir-birinə güc nümayiş etdirmək istəyidir:

“Körfəzdə mina təmizləmə, ticarət gəmilərinin təhlükəsizliyinin təmin edilməsi vacib və həmişə aktual olan məsələlərdir. Orada həm ABŞ hərbi təlimlər keçir, həm də İran. Bu gün hərbi təlimlərin aktual mövzusu hər iki dövlətin bir-birinə qarşı güc nümayiş etdirməsidir. İran xeyli vaxtdır tələb edir ki, ABŞ gəmilərini fars körfəzindən çıxarsın. İranın fikrincə, ABŞ hərbi qüvvələrinin Fars körfəzində olması regionun təhlükəsizliyi üçün təhdid yaradır. ABŞ isə düşünür ki, hərbi qüvvələri oradan çıxarsa, İran regionun digər dövlətlərinə təhlükə yaradacaq. Eləcə də neftin nəqlinin istənilən anda qarşısını ala və bu yolla dünyanı neft sınağına çəkə bilər. Hər iki tərəfin özünün konsepsiyası var”.

Mübariz Əhmədoğlu: Paşinyan həqiqət danışma bacardığını sübut ...

Politoloq qeyd edib ki, son dövrlər İran regionda xeyli güclənib. Əfqanıstanda ABŞ-a çox ciddi zərbə vuraraq, onun hərbiçilərinin regionu  tərk etməsində vacib rol oynayıb:

“İranın Əfqanıstanla bağlı qarşıya qoyduğu məqsəd  Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarının bu ölkədəki sayını azaltmaqdır. Livanda sabitlik yoxdur, amma İranın hesabına görə, orda qərb yönümlü qüvvələr sıxışdırılır. İndi artıq ABŞ dözmək istəmir və hazırda fars körfəzində vəziyyəti gərginləşdirməklə, özünün hərbi qüvvələrinin sayını artırtmağa çalışır. Xeyli sayda hərbi qüvvə ilə təlimlər keçirir və İranı yerində oturtmağa çalışır.

İran dənizçilərinin yanlışlıqla özlərinə məxsus hərbi gəmini raketlə vurmasına da münasibət bildirən M.Əhmədoğlu qeyd edib ki, indiki vəziyyət üçün ABŞ məqsədinə çatmağa daha yaxındır:

“Deyə bilərik ki, ABŞ məqsədinə çatmağa daha yaxındır. Ötən günlərdə İran təlim zamanı öz gəmisini vurdu və 20 hərbçisi öldü. Bu da onu göstərir ki, İranda hələ də sanballı, güclü hərbi mütəxəssislər yoxdur. Bu, ABŞ-ı daha da ruhlandıracaq. Ehtmal olunur ki, ABŞ körfəzdə İrana qarşı əlavə zərbələr endirsin”.

28 Mart 2024 Dünyanı heyrətə salan anakonda öldürüldü
28 Mart 2024 Ukrayna Rusiya hərbi təyyarəsini məhv etdi - Video
28 Mart 2024 Putin bunu heç vaxt bağışlamayacaq - Zelenski
28 Mart 2024 İsrail bunun səhv olduğunu başa düşməlidir - Tayani
28 Mart 2024 Ukrayna HHQ-dən xəbərdarlıq: Bütün ölkə ərazisində...
28 Mart 2024 Lavrovdan şok: NATO artıq Ermənistana girir
28 Mart 2024 Gürcüstanda kurort zonasında qar uçqunu oldu
28 Mart 2024 Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan
28 Mart 2024 Türkiyə ordusu 1 həftədə bu qədər terrorçu məhv etdi
28 Mart 2024 Türkiyədə NATO neft kəməri zədələndi, mazut gölə axdı
28 Mart 2024 Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...
28 Mart 2024 Belqoroda PUA hücumu edildi
28 Mart 2024 Moskva terrorundan ABŞ-ın xəbəri var idi - Şolts
28 Mart 2024 Əgər Ukraynada dövlət çevrilişi olmasaydı... - Putin
28 Mart 2024 Putindən Qərbə F-16 xəbərdarlığı: Məhv edəcəyik!
27 Mart 2024 Yaya qədər təhlükəsizliyi tam təmin edəcəyik - Ərdoğan
27 Mart 2024 Solovyovu efirdən uzaqlaşdırın! - Rusiyada petisiya
27 Mart 2024 Lotereyada 1,13 milyard dollar uddu
27 Mart 2024 Silva Makrona “Sarkozi” dedi...
27 Mart 2024 Cənnətə çevrilən bataqlıq: “Krokus” belə tikilib
27 Mart 2024 Fransanın Qafqazda əsl məqsədi... - Zaxarova
27 Mart 2024 Moskva teraktı bizə xatırladır ki, İŞİD... - Blinken
27 Mart 2024 “Krokus”da terror qurbanları ilə bağlı yeni məlumat
27 Mart 2024 İsrail Livanın cənubunu vurdu: 10 ölü
27 Mart 2024 Bayden bu dəfə Putini "qəssab" adlandırdı
27 Mart 2024 Bu, Rusiya-Qərb savaşına çevrilə bilər - Qurtulmuş
27 Mart 2024 Budapeştdə minlərlə insan Orbana qarşı etiraza qalxdı
26 Mart 2024 Belqorod yenə atəşə tutuldu: əhali işıqsız qaldı
26 Mart 2024 ABŞ SEPAH mövqelərinə hücum etdi: 7 silahlı öldü
26 Mart 2024 İranda polis zabiti öldürüldü