Son xəbərlər

 

ABŞ və Böyük Britaniyanın körfəzdəki gəmiləri hərbi təlimlərə başlayıblar. Bu barədə məlumatı ABŞ-ın regiondakı hərbi dəniz qüvvələrinin komandanı Cefri Morqantaller yayıb. O bildirib ki, təlimlərdə körfəzin minalardan təmizlənməsi taktikası həyata keçiriləcək. ABŞ-ın Həbi Dəniz Donanmasının saytında isə qeyd olunub ki, körfəzdə keçirilən “Exercise 2020” hərbi təlimlərinin məqsədindən ondan ibarətdir ki, ticarət gəmilərinin təhlükəsizliyi təmin edilsin. Təlimlərə ABŞ və Böyük Britaniyanın regionda yerləşdirdikləri hərbi hissələrə aid helikopterlər, patrul katerləri, sualtı əməliyyatlar üçün xüsusi hərbi hissələr cəlb olunub. Təlimlərin nə qədər davam edəcəyi barədə məlumat verilmir.

Politoloq Mübariz Əhmədoğlu Redaktor.az-a məsələni şərh edərkən bildirib ki, təlimlərlə bağlı əsas aktual mövzu hər iki dövlətin bir-birinə güc nümayiş etdirmək istəyidir:

“Körfəzdə mina təmizləmə, ticarət gəmilərinin təhlükəsizliyinin təmin edilməsi vacib və həmişə aktual olan məsələlərdir. Orada həm ABŞ hərbi təlimlər keçir, həm də İran. Bu gün hərbi təlimlərin aktual mövzusu hər iki dövlətin bir-birinə qarşı güc nümayiş etdirməsidir. İran xeyli vaxtdır tələb edir ki, ABŞ gəmilərini fars körfəzindən çıxarsın. İranın fikrincə, ABŞ hərbi qüvvələrinin Fars körfəzində olması regionun təhlükəsizliyi üçün təhdid yaradır. ABŞ isə düşünür ki, hərbi qüvvələri oradan çıxarsa, İran regionun digər dövlətlərinə təhlükə yaradacaq. Eləcə də neftin nəqlinin istənilən anda qarşısını ala və bu yolla dünyanı neft sınağına çəkə bilər. Hər iki tərəfin özünün konsepsiyası var”.

Mübariz Əhmədoğlu: Paşinyan həqiqət danışma bacardığını sübut ...

Politoloq qeyd edib ki, son dövrlər İran regionda xeyli güclənib. Əfqanıstanda ABŞ-a çox ciddi zərbə vuraraq, onun hərbiçilərinin regionu  tərk etməsində vacib rol oynayıb:

“İranın Əfqanıstanla bağlı qarşıya qoyduğu məqsəd  Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarının bu ölkədəki sayını azaltmaqdır. Livanda sabitlik yoxdur, amma İranın hesabına görə, orda qərb yönümlü qüvvələr sıxışdırılır. İndi artıq ABŞ dözmək istəmir və hazırda fars körfəzində vəziyyəti gərginləşdirməklə, özünün hərbi qüvvələrinin sayını artırtmağa çalışır. Xeyli sayda hərbi qüvvə ilə təlimlər keçirir və İranı yerində oturtmağa çalışır.

İran dənizçilərinin yanlışlıqla özlərinə məxsus hərbi gəmini raketlə vurmasına da münasibət bildirən M.Əhmədoğlu qeyd edib ki, indiki vəziyyət üçün ABŞ məqsədinə çatmağa daha yaxındır:

“Deyə bilərik ki, ABŞ məqsədinə çatmağa daha yaxındır. Ötən günlərdə İran təlim zamanı öz gəmisini vurdu və 20 hərbçisi öldü. Bu da onu göstərir ki, İranda hələ də sanballı, güclü hərbi mütəxəssislər yoxdur. Bu, ABŞ-ı daha da ruhlandıracaq. Ehtmal olunur ki, ABŞ körfəzdə İrana qarşı əlavə zərbələr endirsin”.

27 May 2020 İŞİD yenidən fəallaşdı — Bu dəfə Liviyada
27 May 2020 Paşinyan: “Ermənistanda koronavirusla bağlı həddən artıq mürəkkəb vəziyyət yaranıb”
22 May 2020 “İkinci dalğa olsa, iqtisadiyyatı dayandırmayacağıq” - Tramp
21 May 2020 Ermənistanda bir gündə koronavirusa rekord yoluxma
21 May 2020 Rusiyada bir gündə koronavirusdan 127 nəfər öldü
21 May 2020 Uhanda vəhşi heyvanların yeyilməsi qadağan edildi
21 May 2020 Gürcüstanda fövqəladə vəziyyət ləğv olunur
21 May 2020 THY daxili və beynəlxalq uçuşların tarixini açıqladı
20 May 2020 Koronavirusa yoluxanların sayı 5 milyonu keçdi – SON STATİSTİKA
20 May 2020 Koronavirus peyvəndinə ehtiyac olmaya bilər — Çinli alimlərin yeni kəşfi
19 May 2020 “Bizim çempion elan edilməli olduğumuz mövsümdür” - Klopp
19 May 2020 Mişustin koronavirusdan sağaldı
19 May 2020 Qabil Məmmədovla bağlı həbs qərarı verildi
19 May 2020 Çinin koronadan qazancı: Dünya belə aldadılır…
19 May 2020 Dünyadan təcrid olunmuş bu qəbilədə də koronavirus aşkarlandı
19 May 2020 Kəndi yerlə bir etdilər: Yaşlılar güllələnd — Yeniyetmə qızlar isə… – VİDEO
18 May 2020 Əfqanıstanda terror aktı - 7 ölü, 40 yaralı
18 May 2020 ABŞ və Rusiya razılaşdı: Türkiyə qalır, İran çıxarılır!
18 May 2020 Daha 2 ölkə koronavirusla vidalaşdı
18 May 2020 İtaliyada pandemiya dövründə ilk dəfə ən az ölüm qeydə alındı
16 May 2020 İtaliya sərhədlərini açır
16 May 2020 Koronaviruslaa bağlı son STATİSTİKA
16 May 2020 Çində koronavirusla bağlı son vəziyyət açıqlandı
16 May 2020 ABŞ ÜST ilə bağlı yeni qərar verir
15 May 2020 Türk həkimlərdən XOŞ XƏBƏR: Koronaya qarşı peyvənd…
15 May 2020 Rusiyada ilk dəfə koronavirusa təkrar yoluxma faktı qeydə alınıb
15 May 2020 Türkiyədə məscidlər bu tarixdə açılacaq
15 May 2020 Üç bələdiyyə sədri qovuldu – ŞOK İTTİHAM
15 May 2020 Dünya səhiyyəsi təhdid altındadır – ÜST
15 May 2020 Türkiyədə pandemiya qurbanlarının sayı 4 000 nəfəri ötdü — STATİSTİKA