Son xəbərlər

 
“Azərbaycanda pandemiya ilə mübarizə ən yüksək səviyyədə təşkil olunub”
20:34
Oxunma sayı: 548

 

"Son məlumatlara görə, dünyanın 200-dək ölkəsində 790 minə qədər yoluxma və 37 mindən çox ölüm hadisəsi var. Xəstəlik hallarının sayına görə koronavirusdan ən çox təsirlənən bölgələr ABŞ, Çin, Cənubi Koreya, İtaliya, İspaniya, Almaniya, Fransa, İsveçrə kimi Avropa ölkələri və İrandır. Azərbaycanda isə Prezident İlham Əliyevin zamanında verdiyi tapşırıqlara əsasən görülən işlərin nəticəsində koronavirusun ilkin dalğası böyük zərbələr vura bilmədi”.

"Qafqazinfo" xəbər verir ki, bunu YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, koronavirusa qarşı mübarizədə Azərbaycandakı vəziyyət digər ölkələrlə müqayisədə daha stabildir və nümunəvidir: “Bu nümunəviliyin əsas meyarını dövlətin öz vətəndaşına sağlam münasibətində görə bilirik. Təşkil olunan çarter reysləri ilə vətəndaşlarımızın nizamlı qaydada xarici ölkələrdən təxliyəsi, Vətənə gətirilən insanların karantində saxlanılması üçün yaradılan şərait dövlətin öz vətəndaşına göstərdiyi nümunəvi davranışdır. Bütün bunlarla bərabər, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı da bütün xalqımız tərəfindən böyük rəğbətlə qarşılanıb və vaxtında atılmış addım kimi yüksək qiymətləndirilir. Eyni zamanda koronavirusla mübarizə fondunun yaradılması, 575 çarpayılıq yeni klinikanın açılışı və s. onu göstərir ki, Azərbaycanda pandemiya ilə mübarizə ən yüksək səviyyədə təşkil olunub. Amma bu o demək deyil ki, təhlükə sovuşub və biz rahatlaşmalıyıq”.

 

Vüqar Rəhimzadə vurğulayıb ki, koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə ölkəmizdə bütün addımlar atılır və tətbiq olunan xüsusi karantin rejimi də vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edir: “Lakin hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına və tələblərinə maksimum şəkildə riayət etsin. Hər bir vətəndaş belə bir çətin vəziyyətdə məsuliyyətini dərk etməlidir, qəbul olunan qaydalara, verilən tövsiyələrə riayət etməlidir, məsələyə həssas yanaşmalıdır. Bir insanın məsuliyyətsizliyi nəticəsində ətrafdakı onlarla insan virusa yoluxma təhlükəsi ilə üz-üzə qala bilər. Yeni koronavirusun yayıldığı hər bir ölkə real təhlükə mərhələsinə qədəm qoyub, yoluxma və ölümlərin sayı artır və bundan sonra da çoxalacağı ehtimal olunur. Buna görə də vətəndaşlar nəzərə almalıdırlar ki, hər dəfə evdənçıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm təhlükəsi deməkdir. Buna görə də vətəndaşlar məsuliyyətlə davranmalı, qaydalara əməl etməklə həm özlərini, həm də yaxınlarını xəstəlikdən qorumalı və ətrafdakıları risk altına qoymamalıdırlar”.

“Koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da pisləşə bilər. Çünki, ölkə və vətəndaşlar real təhlükə mərhələsinə qədəm qoyub” – deyən Vüqar Rəhimzadə əlavə edib ki, yoluxma və ölümlərin sayı artır, bundan sonra da çoxalacağı ehtimal olunur. Ona görə də, hər bir insan özünü və ətrafını qorumalıdır. Hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir. Xahiş edirəm ki, insanlarımız ehtiyac olmadığı təqdirdə evdən çıxmasınlar, karantin qaydalarına əməl etsinlər. Evdə qalmalıyıq, məsuliyyətimizi dərk etməliyik və xalq olaraq birlikdə güclü olduğumuzu bir daha sübut etməliyik" - deyə V.Rəhimzadə bildirib.

04 İyun 2020 Türkiyə İdlibə əlavə 10 min əsgər göndərdi: Hər an…
04 İyun 2020 Gərginlik: ABŞ və Rusiya qoşunları üz-üzə gəldi – VİDEO
04 İyun 2020 ÜST: “Pandemiyanın bitməsi hələlik reallıqdan çox uzaqdır”
03 İyun 2020 ŞOK: ABŞ-dakı aksiyaların arxasından da O ÇIXDI – FOTOLAR/VİDEO
03 İyun 2020 Ermənistan Prezidentinin oğlu ərə getdi – FOTO
03 İyun 2020 Avropadan Ermənistana ŞOK — QADAĞAN EDİLDİ
03 İyun 2020 İtaliyada koronavirusdan ən az ölüm halı qeydə alınıb
02 İyun 2020 Koronavirus bitməmiş ebola yayılmağa başladı — ÜST-dən xəbərdarlıq
02 İyun 2020 Çində koronavirusun ikinci DALĞASI BAŞLAYIR?
01 İyun 2020 Paşinyan və ailəsi koronavirusa yoluxdu — SON DƏQİQƏ
01 İyun 2020 Koronavirus ABŞ-da son 24 saatda daha 967 nəfəri öldürdü
01 İyun 2020 Türkiyədə koronavirus 4 540 nəfərin ölümünə səbəb oldu
29 May 2020 İstanbulda güclü partlayış – Ölən və yaralananlar var
29 May 2020 Məkkə ziyarəti ilə bağlı QƏRAR
29 May 2020 “Koronavirus ən azı 1 il bizimlə olacaq” – Türkiyədən gəlmiş həkimlə MÜSAHİBƏ
29 May 2020 Erməni axritektordan şok etiraf: İrəvan bizim deyil! – Video
29 May 2020 İsrailin fələstinlilərlə bağlı böyük planı açıqlandı
29 May 2020 Ərdoğanın bu sözləri Afinanı silkələdi – Video
27 May 2020 İŞİD yenidən fəallaşdı — Bu dəfə Liviyada
27 May 2020 Paşinyan: “Ermənistanda koronavirusla bağlı həddən artıq mürəkkəb vəziyyət yaranıb”
22 May 2020 “İkinci dalğa olsa, iqtisadiyyatı dayandırmayacağıq” - Tramp
21 May 2020 Ermənistanda bir gündə koronavirusa rekord yoluxma
21 May 2020 Rusiyada bir gündə koronavirusdan 127 nəfər öldü
21 May 2020 Uhanda vəhşi heyvanların yeyilməsi qadağan edildi
21 May 2020 Gürcüstanda fövqəladə vəziyyət ləğv olunur
21 May 2020 THY daxili və beynəlxalq uçuşların tarixini açıqladı
20 May 2020 Koronavirusa yoluxanların sayı 5 milyonu keçdi – SON STATİSTİKA
20 May 2020 Koronavirus peyvəndinə ehtiyac olmaya bilər — Çinli alimlərin yeni kəşfi
19 May 2020 “Bizim çempion elan edilməli olduğumuz mövsümdür” - Klopp
19 May 2020 Mişustin koronavirusdan sağaldı