Keçmiş Çin maqnatı Ren Çjisyan yoxa çıxıb.
Axar.az xəbər verir ki, bu barədə “Röyter” onun dostlarına istinadən məlumat yayıb.
“Dostlarımız çoxu onu axtarır. O, ictimai insan idi və onun yoxa çıxmağı məlumdur. Aidiyyəti orqanlar tezliklə ağıllı və hüquqi şərhlər verməlidir”, - onun dostlarından biri agentliyə açıqlamasında deyib.
Dostları deyib ki, Ren Çjisyanla martın 12-dən bəri əlaqə saxlaya bilmirlər.
Bir müddət öncə Ren Çjisyan Çin lideri Si Szinpinin koronavirusla mübarizə ilə bağlı çıxışını tənqid etmişdi.
Qeyd edək ki, Çin Kommunist Partiyasının üzvü olan Ren Çjisyan tikinti maqnatı olub.