Son xəbərlər

 

2020.03.13. 15:13

Parlamentə, hakimiyyətin ikinci qoluna xanımın sədrlik etməsi son dərəcə taleyüklü dövrdə Azərbaycanda formalaşmaqda olan yeni siyasi sistemin tələblərinə uyğun olaraq qanunverici orqanın rəhbər strukturlarını xalqın gözləntilərinə uyğunlaşdırmağa kömək edəcək, eyni zamanda Milli Məclisdə təmsil olunan ən müxtəlif baxışlara malik insanların və siyasi partiya təmsilçilərinin azad fikirliyinə həlimlik, uzlaşma və ahəngdarlıq gətirəcəkdir.

Axar.az xəbər verir ki, bu sözləri spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının keçirilən növbəti plenar iclasında çıxışı zamanı Milli Məclisin İnsan hüquqları komitəsinin yeni sədri Zahid Oruc deyib. Komitə sədri vurğulayıb ki, Sahibə Qafarovanın alim və ziyalı kimi malik olduğu üstün keyfiyyətlər Məclisin iclaslarının ruhuna, o cümlədən, parlamentin yaratdığı bütün strukturların xalqa daha geniş açılmasına, müzakirələrin canlı diskussiyalar şəraitində aparılmasına, ən müxtəlif ideyaların, baxışların səslənməsinə və həyata keçirilməsinə imkan verəcəkdir:

“Heç şübhəsiz ki, bu hər bir parlament üzvünə ehtiram göstərilməsi və onların potensiallarından düzgün istifadə olunması şəraitində mümkündür. Lakin hər birimiz fəaliyyətimizi qurarkən, o cümlədən, sədarət də gələcək Məclisin işlək konsepsiyasını hazırlayarkən ilk növbədə 1990-cı illərdə Azərbaycan dövlətçiliyinin əsaslarının formalaşdırılmasında Heydər Əliyevin əvəzsiz yerinə və siyasi irsinə söykənərək hərəkət edirik. Bu baxımdan Ulu öndərin 1993-cü ildə hakimiyyətə ikinci dəfə qayıdışının məhz parlamentdən başlanmasını xüsusi dəyərləndirməyə bir daha ehtiyac duyulur. Çünki dövlətçilik dərslərini daim yada salmaqda fayda var. Heydər Əliyev Azərbaycanı xaosdan məhz ilk olaraq Milli Məclisdə xilas etməyə çalışmışdı və amansız siyasi qovğaları, inqilabi hərəkatları orada ram etməyi bacarmışdı. Sabitlik məhz parlamentdə yarandıqdan sonra ölkənin həyatına nizam-intizam və əmin-amanlığı transformasiya etmək mümkün olmuşdu. Unutmayaq ki, o dövr hərbi-siyasi qüvvələr bir-birilə birləşmişdilər və silahlı dəstələr parlamentin ətrafında cəmləşmişdilər. Belə şəraitdə Heydər Əliyev bənzərsiz spikerlik, “xalqın görən gözü, danışan dili və vuran əli” obrazını gerçəkləşdirə bildi və Məclisi tankların-topların qabağında ən güclü zirehə çevirərək millətlə ünsiyyəti, xarici aləmlə dialoqu, media ilə canlı əməkdaşlığı məhz burada yaratmağa nail oldu. İndi Milli Məclisinin nüfuzunun gücləndirilməsi hakimiyyətin xeyrinədir, çünki bu özlüyündə dövlət və vətəndaşlar arasında ən yaxşı otürücüdür, tənzimləyicidir və münasibətlərin formalaşmasında həlledici önəm daşıyır. Milli Məclisin hakimiyyət qolları içərisində “zəif bənd” olması alternativ olmağa çalışan dağıdıcı fikir mərkəzlərinə geniş meydan açır və dövləti sarsıtmağa cəhd edənlərin mənafeyinə xidmət edir. Hər bir Məclis üzvünün fəaliyyəti parlamenti xalqın gözündə təqdim edir, ona milli məzmun verir və institusional təsisat kimi kristallaşmasına yol açır”.

Komitə sədri çıxışında sədarətin yenilənməsi məsələsinə yer verərkən Əli Hüseynlinin birinci vitse-spiker seçilməsini də xüsusi təqdirəlayiq qərar kimi qiymətləndirib:

“Əli Hüseynli hüquq ictimaiyyəti içərisində böyük nüfuza malikdir, eləcə də ictimai rəğbət ünvanıdır, həmçinin parlamentin idarəçiliyində ötən illər ərzində kifayət qədər yüksək bir yer tutmuşdur, həmkarları içərisində ona ehtiram var və Məclisin sədrliyinin gələcəkdə öz fəaliyyətini zamanın çağırışlarına uyğun qurmasında öz rolunu oynayacaqdır”.

Z.Oruc daha sonra çıxışında qeyd edib ki, parlamentin rəhbər strukturlarının formalaşmasında partiyaların önəmli bir yer tutması Azərbaycanın praktikası üçün yeni bir hadisədir:

“Prezidentin nüfuzunun güclü olduğu bir şəraitdə bir partiyalı parlamentar idarəçiliyə deyil, barış və konsensusa gedilməsi tarixi bir hadisədir. Bu müstəqillikdən keçən 29 ildə heç vaxt olmayıb və Sovetlərin iflasından sonra təkpartiyalı sistemdən çoxpartiyalılığa keçidin müxtəlif formalarda özünü göstərən qüsur və yanlışlarının aradan qaldırılması yolunda son dərəcə cəsarətli addımdır. Administrasiyada, yəni ali icra hakimiyyəti orqanında mühüm yer tutan Siyasi partiyalarla iş üzrə şöbə 2019-cu ildə başlanan yeni hakimiyyət quruculuğu ideyasının ən tutarlı göstəricilərindən biri olmaqla dövlətin alternativ baxışları və qüvvələri özünün partnyoru kimi görmək istəyindən xəbər verir. İllərdən bəri zəifləyərək strukturlaşmaqda aciz qalan və cəmiyyəti daha çox radikallığa, fərdi etirazçı cəbhəyə yuvarlanmağa aparan xəttin durduruluması üçün son dərəcə taleyüklü bir qərardan bəhs edirik. Belə siyasi model, yəni, sistemin təkmilləşdirilməsi yönündə atılan mühüm addım gələcəkdə icra hakimiyyətlərinin aşağı pillələrində də həmin partiyaların, hərəkatların, siyasi institutların təmsilçilərinin yer almasına imkan aça bilər”.

25 Aprel 2024 Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan
25 Aprel 2024 Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
25 Aprel 2024 Nebenzyadan ABŞ nümayəndəsinə: Niyə bunu istəmirsiniz?
24 Aprel 2024 Putin Şoyqunun müavininin həbs əmrini buna görə verib
24 Aprel 2024 AB İvanişvilini cəzalandırmaq istəyir
24 Aprel 2024 Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...
24 Aprel 2024 İranlı millət vəkili Rəisiyə: İnsanlar məhv olur!
24 Aprel 2024 Fələstin dövlətini tanımaqda qərarlıyıq - Sançes
24 Aprel 2024 Krım körpüsü bağlandı
24 Aprel 2024 Matviyenko: Simonyana ayıb olsun, bütün xətləri keçdi!
24 Aprel 2024 Rus ordusunun hücumu belə dəf edildi - Video
24 Aprel 2024 Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj
24 Aprel 2024 Ukrayna bu istiqamətdə əməliyyata başlayacaq
24 Aprel 2024 İranı bundan aydın pisləyə bilməzdik - Borrell
24 Aprel 2024 Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov
24 Aprel 2024 Səudiyyə kralı xəstəxanaya yerləşdirildi
24 Aprel 2024 Co Bayden yenə hava ilə “salam”laşdı - Video
24 Aprel 2024 Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç
24 Aprel 2024 Argentina İran nazirinin həbsini tələb edir
24 Aprel 2024 Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video
24 Aprel 2024 Şoyqunun müavininin keçmiş arvadı da yoxa çıxdı
24 Aprel 2024 KXDR-in nümayəndə heyəti İrana gəldi
24 Aprel 2024 Şoyqunun müavini 2 aylıq həbs edildi
24 Aprel 2024 ABŞ 3 iranlının başına 10 milyon dollar mükafat təyin etdi
24 Aprel 2024 Almaniya lideri İstanbulda dönər payladı - Video+Fotolar
24 Aprel 2024 La-Manş boğazını keçmək istəyən 5 nəfər öldü - Biri uşaqdır
24 Aprel 2024 Şoyqunun müavini rüşvətə görə saxlanıldı
24 Aprel 2024 Bu, inkişaf üçün güclü təkan olacaq - Putin
24 Aprel 2024 Milanda gecə saatlarında pizza yemək qadağan olunur
24 Aprel 2024 Ermənistanda polis zorakılığı artır - Freedom House