İrlandiyalı məşhur döyüşçü Konor Makqreqorun xalası vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə idmançı sosial şəbəkədəki səhifəsində məlumat paylaşıb.
“Telefonuma zəng gəldi və sevimli xalamın öldüyünü öyrəndim. Artıq belə yaşaya bilmərəm. Lənətə gəlsin virusu. Nələr baş verir?” - Makqreqor yazıb.
İdmançının bu paylaşımı xalasının koronavirusdan ölməsi iddialarını artırıb.
Amma Britaniya rəsmiləri idmançının xalasının koronavirusdan ölməsi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.