Bu gündən etibarən Fransada koronavirus səbəbindən bütün restoranlar, kafelər, gecə klubları, kinoteatrlar və alış-veriş mərkəzləri bağlanacaq.
Axar.az xəbər verir ki, bu barədə Fransanın Baş naziri Eduard Filipp Tvitter hesabında qeyd edib.
O bildirib ki, ölkədə yalnız qida mağazaları, marketlər, apteklər, banklar və yanacaqdoldurma mərkəzləri fəaliyyət göstərəcək.