Nə qədər ki, Arsen Avakov Ukraynanın Daxili İşlər naziridir, bu ölkədəki erməni diasporu təxribatlarına ara verməyəcək

Azərbaycanla Ermənistan arasında lobbi və maraq mübarizəsi Ukraynaya keçib. Ukraynadan bir gün fərqi ilə gələn iki xəbər bundan xəbər verir.

Birinci xəbər. Ukraynanın Ali Radasında Xocalıda azərbaycanlıların soyqırımının tanınması məsələsinin müzakirə ediləcəyi xəbəri yayıldı. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun sözlərinə görə, Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupu və Ali Radanın Xarici əlaqələr komitəsinin üzvləri ilə bu mövzuda ilkin müzakirələr aparıblar və yaxın vaxtlarda bu məsələnin Rada komitəsində nəzərdən keçirilməsi gözlənilir. Bu günə qədər Çexiya, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Qvatemala, Şotlandiya və ABŞ-ın 19 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan parlament aktları qəbul edib. Ukrayna parlamentinin bu sıraya qoşulması Ukrayna-Azərbaycan münasibətlərinə müsbət təsir edərdi. Ancaq bu məqamda Ukraynadan başqa bir xəbər də gəldi.

İkinci xəbər. Ukrayna Ali Radasında xanım deputat Darya Volodinanın “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi qeydə alınıb. Maraqlıdır ki, Darya Volodina Prezident Vladimir Zelenskinin rəhbəri olduğu “Xalqın qulluqçusu” partiyasının üzvüdür. Darya Volodina parlamentdə Maliyyə, gömrük və vergi komitəsinin üzvüdür. Bunun özü də sual doğurur ki, dəxli olmayan komitənin üzvü nədən “erməni soyqırımı” mövzusuna maraq göstərir?

Ukrayna parlamentində Xocalı soyqırımının tanınması ilə bağlı təşəbbüsün müzakirəyə açılması ilə eyni gündə “erməni soyqırımı” məsələsinin də qabardılması təsadüfi deyil. Bu, Ukraynada azərbaycanılarla erməni diasporları arasında gedən mübarizənin təcəssümüdür. Ukraynada azərbaycanlılarla ermənilərin sayı, təxminən eynidir. Buna baxmayaraq, etiraf etmək lazımdır ki, Ukraynadakı erməni daisporunun arxası daha güclüdür, ermənilərin Arsen Avakov kimi güclü naziri var ki, onu hətta Vladimir Zelenski vəzifəsindən uzaqlaşdıra bilmir.

Təsadüfi deyil ki, Ukrayna parlamentində 10 ildə 4 dəfə “erməni soyqırımı”nı qəbul etdirməyə çalışan qrupun arxasında məhz Arsen Avakov dayanıb. Bu dəfəki erməni təşəbbüsünün arxasında da onun dayandığına dair şübhələr var. Nə olsun ki, təklifi irəli sürən deputat Zelenskinin partiyasındandır. Arsen Avakovun qrupu “soyqırımı” təklifini məhz hakim partiyadan irəli sürməsi ilə izi itirməyə çalışıb. Yəni, guya bu məsələdə onun əli yoxdur.

Böyük ehtimalla, Ukrayna parlamenti “erməni soyqırımı” qətnaməsini qəbul etməyəcək. Rada eyni təşəbbüsləri 2013, 2015 və 2019-cu illərdə də rədd etmişdi. Çünki rəsmi Kiyev adi məntiqdən çıxış edir. Ukraynanın bölgədə əsas tərəfdaşları Azərbaycan və Türkiyədir. Həm Bakı, həm də Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistan isə BMT-dəki səsvermələrdə Krımı Ukrayna ərazisi kimi göstərən qətnamələrin əleyhinə səs verir. Kiyev İrəvanın Ukrayna topaqlarını zəbt edən Rusiyanın vassalığı olduğuna şübhə etmir. Elə buna görə də Vladimir Zelenski bölgə ölkələrindən yalnız Azərbaycana və Türkiyəyə səfər etməyi lazım bildi.

“Erməni soyqırımı” qətnaməsinin Ukrayna parlamentində bu dəfə də qəbul edilməyəcəyini ermənilər də bilirlər. Sadəcə, onların bu hiyləgərliyinin arxasında Ukrayna parlamentinin Xocalı soyqırımını tanımasını əngəlləmə istəyi dayanır. Yəni ermənilər Rada rəhbərliyinə demək istəyirlər ki, “əgər erməni soyqırımını tanımırsınızsa, onda Xocalı soyqrımını da tanımayın”. Ukrayna parlamentində “erməni soyqırımı” təşəbbüsünün Xocalı soyqırımının tanınması təşəbbüsündən bir gün sonra qəfil peyda olması da bundan xəbər verir. Nə qədər ki, Arsen Avakov Ukraynanın Daxili İşlər naziridir, bu ölkədəki erməni diasporu təxribatlarına ara verməyəcək. Vladimir Zelenkisinin və onun tərəfdarlarının Arsen Avakova ən layiqli cavabı Radanın Xocalı soyqırımını tanıması olar.    /ayna.az/

Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi     
28 Mart 2024 Dünyanı heyrətə salan anakonda öldürüldü
28 Mart 2024 Ukrayna Rusiya hərbi təyyarəsini məhv etdi - Video
28 Mart 2024 Putin bunu heç vaxt bağışlamayacaq - Zelenski
28 Mart 2024 İsrail bunun səhv olduğunu başa düşməlidir - Tayani
28 Mart 2024 Ukrayna HHQ-dən xəbərdarlıq: Bütün ölkə ərazisində...
28 Mart 2024 Lavrovdan şok: NATO artıq Ermənistana girir
28 Mart 2024 Gürcüstanda kurort zonasında qar uçqunu oldu
28 Mart 2024 Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan
28 Mart 2024 Türkiyə ordusu 1 həftədə bu qədər terrorçu məhv etdi
28 Mart 2024 Türkiyədə NATO neft kəməri zədələndi, mazut gölə axdı
28 Mart 2024 Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...
28 Mart 2024 Belqoroda PUA hücumu edildi
28 Mart 2024 Moskva terrorundan ABŞ-ın xəbəri var idi - Şolts
28 Mart 2024 Əgər Ukraynada dövlət çevrilişi olmasaydı... - Putin
28 Mart 2024 Putindən Qərbə F-16 xəbərdarlığı: Məhv edəcəyik!
27 Mart 2024 Yaya qədər təhlükəsizliyi tam təmin edəcəyik - Ərdoğan
27 Mart 2024 Solovyovu efirdən uzaqlaşdırın! - Rusiyada petisiya
27 Mart 2024 Lotereyada 1,13 milyard dollar uddu
27 Mart 2024 Silva Makrona “Sarkozi” dedi...
27 Mart 2024 Cənnətə çevrilən bataqlıq: “Krokus” belə tikilib
27 Mart 2024 Fransanın Qafqazda əsl məqsədi... - Zaxarova
27 Mart 2024 Moskva teraktı bizə xatırladır ki, İŞİD... - Blinken
27 Mart 2024 “Krokus”da terror qurbanları ilə bağlı yeni məlumat
27 Mart 2024 İsrail Livanın cənubunu vurdu: 10 ölü
27 Mart 2024 Bayden bu dəfə Putini "qəssab" adlandırdı
27 Mart 2024 Bu, Rusiya-Qərb savaşına çevrilə bilər - Qurtulmuş
27 Mart 2024 Budapeştdə minlərlə insan Orbana qarşı etiraza qalxdı
26 Mart 2024 Belqorod yenə atəşə tutuldu: əhali işıqsız qaldı
26 Mart 2024 ABŞ SEPAH mövqelərinə hücum etdi: 7 silahlı öldü
26 Mart 2024 İranda polis zabiti öldürüldü