Türkiyə prokurorluğu 12 sentyabr 1980-ci ildə ölkədə dövlət çevrilişinin təşkilatçılarından olan admiral Kənan Evren və general Təhsin Şahinqayanın mühakimə olunduğu məhkəmədə “çevriliş memarlarının rütbələrinin alınması və qazandıqları əmlaklarının müsadirə edilməsi” tələbini irəli sürüb.

Bununla yanaşı vəfat edən Kənan Evren və Təhsin Şahinqayanın mirasçıları “maaş bonusları, ordu evindən istifadə, təhlükəsizliyin təminatı” kimi haqlardan istifadə edə bilməyəcəklər.

Qeyd edək ki, Ali Məhkəmənin bu işlə bağlı qərarından sonra Ankara Ağır Cinayət Məhkəməsində yenidən proses başlayıb. Məhkəmə 2019-cu ilin 12 aprel tarixli qərarı ilə müttəhimlər Kənan Evren və Təhsin Şahinqayanın vəfat etməsi səbəbindən prosesin dayandırılması və hərbçilərin rütbələrinin alınması, əmlaklarının müsadirə edilməsi haqda qərar vermişdi.

Qeyd edilir ki, məhkəmə qərarı dövlət başçısına, parlament sədrinə, Ali Məhkəməyə göndərilib.

Daha sonra mühakimə edilən şəxslərin ölməsinə baxmayaraq qərarın təsdiqlənməsi tələb olunub.

Bundan sonra Hərbi cəza qanununun 30 və 31-ci maddələrinin tətbiqinə başlanılıb. Bu maddələr adıçəkilən hərbçilərin yüksək rütbələrdən mərhum edilməsini nəzərdə tutur. Beləcə, hər iki şəxsin (ölümündən sonra) yüksək rütbədən, imtiyazlardan və statusdan mərhum edilməsi ilə bağlı qərar verilib.

Xatırladaq ki, Kənan Evren Türk Silahlı Qüvvələrinin (TSK) 17-ci Baş qərargah rəisi olub. 1980-cı ilin 12 sentyabr tarixində dövlət çevrilişi edərək hakimiyyəti ələ alıb, 1980-1989-cu illərdə Türkiyə prezidenti postunu tutub.

2014-cü ildə Türkiyə məhkəməsi Türkiyə Konstitusiyasını, parlamentini ortadan qaldırmaqda ittiham edərək admirala ömürlük həbs cəzası verib.

Evren 2015-ci il mayın 9-da müalicə aldığı Gülhanə Hərbi Tibb Akademiyasında 97 yaşında vəfat edib. (reyting.az)

29 Mart 2024 Mentalitet dəyişib, qadınlar dron uçurur - Modi
29 Mart 2024 40 yaşında görünürəm - Bayden
29 Mart 2024 İsrail vermək istəmədiyimiz silahları tələb edir - Braun
29 Mart 2024 İran bu ölkələri Xəzərə buraxmaq istəmir
29 Mart 2024 Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?
29 Mart 2024 Ermənistan Solovyovu qadağan etdi
29 Mart 2024 Kiyev Hindistana xəbərdarlıq etdi
29 Mart 2024 Paşinyanla görüşün məqsədi... – ABŞ Rusiyaya cavab verdi
29 Mart 2024 ABŞ nümayəndə heyəti Türkiyəyə gəlir
29 Mart 2024 HƏMAS-la danışıqlarda bundan istifadə edəcəyik
29 Mart 2024 Saakaşvili Ali Radaya müraciət etdi: Qələbə...
29 Mart 2024 İŞİD-in yüksək rütbəli komandanı məhv edildi
29 Mart 2024 Putin ölsə də, heç nə dəyişməyəcək - Budanov
29 Mart 2024 Parisdə Olimpiya Oyunlarının açılışı ləğv edilir?
28 Mart 2024 Dünyanı heyrətə salan anakonda öldürüldü
28 Mart 2024 Ukrayna Rusiya hərbi təyyarəsini məhv etdi - Video
28 Mart 2024 Putin bunu heç vaxt bağışlamayacaq - Zelenski
28 Mart 2024 İsrail bunun səhv olduğunu başa düşməlidir - Tayani
28 Mart 2024 Ukrayna HHQ-dən xəbərdarlıq: Bütün ölkə ərazisində...
28 Mart 2024 Lavrovdan şok: NATO artıq Ermənistana girir
28 Mart 2024 Gürcüstanda kurort zonasında qar uçqunu oldu
28 Mart 2024 Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan
28 Mart 2024 Türkiyə ordusu 1 həftədə bu qədər terrorçu məhv etdi
28 Mart 2024 Türkiyədə NATO neft kəməri zədələndi, mazut gölə axdı
28 Mart 2024 Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...
28 Mart 2024 Belqoroda PUA hücumu edildi
28 Mart 2024 Moskva terrorundan ABŞ-ın xəbəri var idi - Şolts
28 Mart 2024 Əgər Ukraynada dövlət çevrilişi olmasaydı... - Putin
28 Mart 2024 Putindən Qərbə F-16 xəbərdarlığı: Məhv edəcəyik!
27 Mart 2024 Yaya qədər təhlükəsizliyi tam təmin edəcəyik - Ərdoğan