Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 1990-cı il 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.

Axar.az bəyanatın mətnini təqdim edir:

"1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26.000 nəfərlik sovet ordusu Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkənin digər şəhərlərinə yeridilərək “Udar” adlı əməliyyatı həyata keçirdi. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil oldu.

1990-cı il yanvarın 19-da SSRİ Ali Sovetinin sədri M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupu tərəfindən Azərbaycan televiziyasının enerji bloku partladıldı və respublikada televiziya verilişləri dayandırıldı. Beləliklə də, həmin gecə qoşunlar fövqəladə vəziyyətin elan edilməsindən xəbərsiz olan şəhərə daxil olaraq dinc əhaliyə amansız divan tutdu.

Bu faciəvi hadisələrin öncəsində, Ermənistanın 1980-ci illərin sonunda Azərbaycana qarşı əsassız ərazi iddiaları, Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindəki şovinist təfəkkürlü ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu qanunsuz fəaliyyətə göz yumması, yüz minlərlə azərbaycanlının zor gücü ilə və qəddarcasına Ermənistandan deportasiya edilməsi Azərbaycanda sovet hakimiyyətinə qarşı hərəkatın genişlənməsinə təkan verdi. Məhz ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş qırğın törətdi.

Faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pislədi, dinc xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya və insanlığa zidd aksiya adlandırdı, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və müzakirələrin yekunu olaraq 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi.

Tariximizin reallıqlarının düzgün təhlil edilməsi və qiymətləndirilməsi üçün 20 yanvar faciəsinə gətirən hadisələrin doğru dəyərləndirilməsi zəruridir. Bütün bu bəlaların əsasında 19-cu əsrin əvvəllərindən etibarən bölgəyə kütləvi şəkildə köçürülməyə başlayan və xüsusilə də Azərbaycanın tarixi torpaqlarında məskunlaşan ermənilərin əsassız ərazi iddiaları durub.

20-ci əsrin əvvəllərindən etibarən Azərbaycan xalqı erməni millətçilərinin zorakı və irqi ayrı-seçkilik siyasəti ilə üz-üzə qalıb və misilsiz qətliamların qurbanı olub. 1980-ci illərin sonlarından etibarən, SSRİ-nin parçalanması ilə Ermənistan Azərbaycana qarşı açıq təcavüzkar siyasət həyata keçirməyə başladı və nəticədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu hərbi işğal olundu. Ermənistan ərazisində daimi yaşayan və zor gücü ilə qovulan azərbaycanlılardan əlavə, işğal olunmuş ərazilərimizdə tarixən yaşayan yüz minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Azərbaycana olan ərazi iddialarına hər hansısa “əsas” tapmağa çalışan radikal təfəkkürlü erməni qüvvələri tərəfindən hələ 1988-ci ildə Sumqayıt şəhərində planlı şəkildə təxribat həyata keçirildi. SSRİ Baş Prokurorluğunun istintaq sənədlərinə əsasən başlıca təşkilatçılardan olan etnik erməni Eduard Qriqoryan 12 il həbs cəzasına layiq görüldü. Sonradan öz cəzasını çəkmək üçün Ermənistana göndərilən bu cinayətkarın qısa müddət sonra Ermənistanda azadlığa buraxılması hadisənin günahkarlarını ifşa edən bariz faktdır.

30 il bundan öncə baş vermiş qanlı 20 Yanvar hadisələri beynəlxalq ictimaiyyətin siyasi-hüquqi qiymətləndirilməsini tələb edir. Bu dəhşətli faciə nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulub, öz mahiyyətinə və miqyasına görə bu hadisə XX əsrdə törədilmiş dəhşətli cinayətlərdən biridir. Bu cinayətə görə keçmiş sovet rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən 20 yanvar hadisələri insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır".

28 Mart 2024 Dünyanı heyrətə salan anakonda öldürüldü
28 Mart 2024 Ukrayna Rusiya hərbi təyyarəsini məhv etdi - Video
28 Mart 2024 Putin bunu heç vaxt bağışlamayacaq - Zelenski
28 Mart 2024 İsrail bunun səhv olduğunu başa düşməlidir - Tayani
28 Mart 2024 Ukrayna HHQ-dən xəbərdarlıq: Bütün ölkə ərazisində...
28 Mart 2024 Lavrovdan şok: NATO artıq Ermənistana girir
28 Mart 2024 Gürcüstanda kurort zonasında qar uçqunu oldu
28 Mart 2024 Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan
28 Mart 2024 Türkiyə ordusu 1 həftədə bu qədər terrorçu məhv etdi
28 Mart 2024 Türkiyədə NATO neft kəməri zədələndi, mazut gölə axdı
28 Mart 2024 Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...
28 Mart 2024 Belqoroda PUA hücumu edildi
28 Mart 2024 Moskva terrorundan ABŞ-ın xəbəri var idi - Şolts
28 Mart 2024 Əgər Ukraynada dövlət çevrilişi olmasaydı... - Putin
28 Mart 2024 Putindən Qərbə F-16 xəbərdarlığı: Məhv edəcəyik!
27 Mart 2024 Yaya qədər təhlükəsizliyi tam təmin edəcəyik - Ərdoğan
27 Mart 2024 Solovyovu efirdən uzaqlaşdırın! - Rusiyada petisiya
27 Mart 2024 Lotereyada 1,13 milyard dollar uddu
27 Mart 2024 Silva Makrona “Sarkozi” dedi...
27 Mart 2024 Cənnətə çevrilən bataqlıq: “Krokus” belə tikilib
27 Mart 2024 Fransanın Qafqazda əsl məqsədi... - Zaxarova
27 Mart 2024 Moskva teraktı bizə xatırladır ki, İŞİD... - Blinken
27 Mart 2024 “Krokus”da terror qurbanları ilə bağlı yeni məlumat
27 Mart 2024 İsrail Livanın cənubunu vurdu: 10 ölü
27 Mart 2024 Bayden bu dəfə Putini "qəssab" adlandırdı
27 Mart 2024 Bu, Rusiya-Qərb savaşına çevrilə bilər - Qurtulmuş
27 Mart 2024 Budapeştdə minlərlə insan Orbana qarşı etiraza qalxdı
26 Mart 2024 Belqorod yenə atəşə tutuldu: əhali işıqsız qaldı
26 Mart 2024 ABŞ SEPAH mövqelərinə hücum etdi: 7 silahlı öldü
26 Mart 2024 İranda polis zabiti öldürüldü