Yunanıstan sahillərində 5 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Valsamata yaşayış məntəqəsi yaxınlığında yerin 5 kilometr dərinliyində meydana gəlib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.